Xəbərlərin siyahısı
2025-06-02 16:45:00
Hər il yayın ilk günü möhtəşəm hadisə baş verir - Uşaqların müdafiəsi günü! Bu bayram hamıya uşaqları qarşılıqsız sevməyin və onları xoşbəxt etməyin vacibliyini xatırladır. Bu sevincli gündə "CineMastercard" premium kinoteatrında kimsəsiz uşaqlar, şəhid və Qarabağ müharibəsinin qazilərin və aztəminatlı ailələrin uşaqları üçün əyləncə proqramı təşkil olunub.
2025-06-02 16:40:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin müəllimləri Aytən Cavadova, Könül Abbasova, Nərminə Əliyevanın sinif konserti baş tutub.
2025-06-02 16:31:00
Bəzi media subyektləri "2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideyinlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri ("çörəkpulu") kəsiləcək" məzmunlu informasiya yayıblar.
2025-06-02 16:22:00
İranın Azərbaycandakı yeni səfiri seçilib.
2025-06-02 16:14:00
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıqların ikinci raundu başlayıb.
2025-06-02 16:00:00
Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri dəyişib.
2025-06-02 15:55:00
Prezident İlham Əliyev "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişikliyi təsdiqləyib.
2025-06-02 15:49:00
Ermənistan polis rəisi, daxili işlər nazirinin müavini Aram Ovannisyan tutduğu vəzifədən azad edilib.
2025-06-02 15:40:00
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir tapşırıqda texniki səhv olduğunu etiraf edib. Mərkəz həmin sualın düzgün cavablandırılmış kimi qiymətləndiriləcəyini açıqlayıb.
2025-06-02 15:31:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın səhnəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 17 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin konserti keçirilib.
2025-06-02 15:20:00
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. "Hər şey mümkündür" sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.
2025-06-02 15:15:00
Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
2025-06-02 14:53:00
Ermənistanda "Ayakve" təşəbbüs qrupu Baş nazir Nikol Paşinyana qarşı cinayət işi açılması üçün ölkənin baş prokuroru Anna Vardapetyana rəsmi müraciət ünvanlayıb.
2025-06-02 14:27:00
Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
2025-06-02 14:25:00
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub ünvanlayıb.
2025-06-02 14:22:00
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi təbrik edib.
2025-06-02 14:08:00
Ulduz falı əyləncə və motivasiya məqsədilə izlənilir və elmi əsaslara dayanmır. Amma bir çox insan üçün maraqlı olur.
2025-06-02 14:07:00
5 iyun 2025-ci il Azərbaycanda qısaldılmış iş günü olacaq.
2025-06-02 14:02:00
Bakı şəhəri 183 saylı orta məktəbin müəllimi 34 yaşlı Yaşar Aliyarlı qəfil vəfat edib.
2025-06-02 13:58:00
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin 2020-ci ildə öldürüldüyü və yerinə klonların gətirildiyi ilə bağlı sui-qəsd nəzəriyyəsini yenidən gündəmə gətirib.
2025-06-02 13:49:00
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
2025-06-02 13:40:00
Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsində antisanitar vəziyyət hökm sürür.
2025-06-02 13:39:00
Bir müddət əvvəl ağciyər çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilən Əməkdar artist Vahid Əliyev artıq evə buraxılıb.
2025-06-02 13:38:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.
2025-06-02 13:27:00
ABŞ prezidenti Donald Tramp 79-cu doğum günü münasibətilə Vaşinqtonda təşkil olunacaq hərbi parada təxminən 45 milyon dollar xərcləyəcək.
2025-06-02 13:16:00
Hər il valideynləri narahat edən əsas məsələ məktəbli geyimləridir. Çünki bu geyimlər dəyişilir və yenilənir.
2025-06-02 13:01:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də "Schlumberger Overseas S.A" (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.
2025-06-02 13:00:00
Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib.
2025-06-02 12:53:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Pakistan İslam Respublikasının energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini qəbul edib.
2025-06-02 12:52:00
İyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2025-06-02 12:43:00
Müğənni əkiz bacılar Sevil- Sevinc açıqlmaları ilə diqqət çəkiblər.
2025-06-02 12:35:00
EMOSİONAL SAĞLAMLIĞA YENİ YANAŞMA: “EMOSİYALAR” FUNKSİYAS
2025-06-02 12:27:00
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.
2025-06-02 12:14:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanı qəbul edib.
2025-06-02 12:12:00
Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına gəlib.
2025-06-02 12:10:00
Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi "Bakı Enerji Həftəsi" beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.
2025-06-02 12:05:00
"Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.
2025-06-02 12:01:00
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-06-02 11:59:00
Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.
2025-06-02 11:58:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.
2025-06-02 11:50:00
31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.
2025-06-02 11:42:00
"Arka Sokaklar" serialı 19-cu mövsümünü başa vurmağa hazırlaşarkən baş rol ifaçısı Özgür Ozanın açıqlaması maraq doğurub.
2025-06-02 11:32:00
31 may tarixində avtomobil dünyasının əfsanəvi brendi Jeep-in həvəskarları üçün fərqli və unudulmaz bir axşam təşkil olundu. "Avtolüks Azərbaycan" MMC tərəfindən təşkil olunan "Jeep Cinema" tədbiri açıq hava şəraitində, unikal kino təcrübəsi ilə qonaqları bir araya gətirdi.
2025-06-02 11:30:00
Çinin cənubundakı Hainan əyalətində emosional anlar yaşanıb. Yerli sakinlərin köməyi ilə çimərlikdə itirdiyi üzüyü tapan turist sevinc göz yaşlarını saxlaya bilməyib.
2025-06-02 11:25:00
İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 gün bayram elan olunub, şəriət qaydasında insanlar 3 gün də, yəni iyunun 6, 7, və 8-i qurban kəsə bilərlər.
2025-06-02 11:20:00
Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib.
2025-06-02 11:13:00
Son.az 2-8 iyun tarixləri üçün həftəlik bürc proqnozunu təqdim edir:
2025-06-02 11:10:00
Bu gün səhər saatlarında İranın Çaharmahal və Bəxtiyari əyalətinin Boldaci şəhərində zəlzələ baş verib.
2025-06-02 11:08:00
Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya təbrik məktubu göndərib.
2025-06-02 11:03:00
Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.