Xəbərlərin siyahısı

Bu dəfə maksimum balı onlar topladı Siyahı

2025-06-05 19:31:00

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

"Kişi ciddi, qadın boşboğaz olmalıdır"

2025-06-05 19:20:00

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Azərbaycanın enerji üfüqləri: inamlı genişlənmə və maraqların balansı

2025-06-05 19:07:00

2-4 iyun tarixlərində keçirilmiş Bakı Enerji Həftəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal enerji arxitekturasında əsas oyunçulardan biri kimi mövqelərini inamla möhkəmləndirir. Dünyada enerji keçidi tez-tez ideoloji şüarlar və fürsətçi gözləntiləri fonunda baş versə də, Azərbaycan öz siyasətində praqmatizmə, dayanıqlılığa və ənənəvi ilə bərpa olunan enerji mənbələri arasında balansın qorunmasına üstünlük verir.

Azərbaycanda müəllim bıçaqlandı

2025-06-05 18:54:00

Ağdamda bıçaqlanma hadisəsi baş verib.

Zülfüqar Xəlilov vəzifəsindən azad edildi

2025-06-05 18:49:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə İmişli 6 saylı "Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.

Tramp Baydendən niyə əl çəkmir?

2025-06-05 18:46:00

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin səhhəti və qərarvermə qabiliyyəti ilə bağlı araşdırma aparılması barədə göstəriş verib.

"Oğluma dedim ki, o qızı bədbəxt etmə"

2025-06-05 18:30:00

"Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də evlidir, amma mən gəlinlərimi tanımamışam. İkisi də xanımını özü seçib. Birlikdə yaşayacaq insan onlardır. Əlbəttə ki, yaxşı müdaxiləm, məsləhətim olub".

Dövlət büdcəsinin gəlirləri açıqlandı

2025-06-05 18:18:00

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.

Tolikin uşağının anası görün kimdir? özü açıqladı

2025-06-05 18:04:00

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə ata olduğunu ictimaiyyətə təntənəli şəkildə açıqlayan aparıcının ailə həyatı və övladının anası ilə bağlı suallar ictimai maraq doğurmuşdu.

Bayramda rayona gedənlərin DİQQƏTİNƏ

2025-06-05 17:50:00

Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Rəqsanəni "pul yağışı"na tutdular

2025-06-05 17:37:00

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib.

Bakıda “Yer ünsürü”nə həsr olunmuş Azerbaijan Fashion Weekin 18ci mövsümü başa çatdı FOTO

2025-06-05 17:36:00

"Daş Salnamə Muzeyi"ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirildi. Tədbir təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI - Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak etdi. AFW-in hər mövsümü təbiətin bir ünsürünə həsr olunur və bu yanaşma təkcə vizual deyil, həm də fəlsəfi bir konsepsiyaya çevrilir. Mövsüm mədəniyyət, moda və kimlik anlayışlarının vəhdətini ifadə edir. 2025-ci il mövsümünün mövzusu Yer ünsürü seçildi - dayanıqlılığın, dərinliyin və mirasın simvolu. Mövsümün sloqanı - "The Spirit of Stone" (Daşın Ruhu) - dizaynda təbii forma, struktur, material və daxili gücə diqqəti ön plana çəkir. Azerbaijan Fashion Week çərçivəsində yalnız podium nümayişləri deyil, həm də təhsil təşəbbüsləri, yaradıcılıq görüşləri və brendlərin kolleksiyalarını təqdim etdiyi showroom proqramı həyata keçirildi. Hyatt Regency Baku otelində keçirilən showroom-da yerli və beynəlxalq brendlərin işləri təqdim olundu. Showroom iştirakçıları arasında Octavio Pizarro (Fransa), Naiyl Baikuchukov (Qazaxıstan), Ianis Chamalidy, Leffers, Lilia Fisher, Yulia Kiseleva və EDGE (Rusiya) yer aldı. 24 may tarixində AFW podiumunda Naiyl Baikuchukov, Reve, Malique, Tsyhkovskyi və Aksona kimi dizaynerlər çıxış etdi. Həmçinin Menzer Zakizade Fashion School proqramının iştirakçılarının işləri nümayiş olundu. Bu kolleksiyalar həm dizaynerlərin fərdi estetik baxışını, həm də mövsümün ümumi əhval-ruhiyyəsini əks etdirdi. AFW-nın ilk gününü isə etnik yanaşması, ənənəvi formalar və sənətkarlıq texnikalarına olan diqqəti ilə tanınan Natavan brendinin kolleksiyası bağladı. Onun işləri milli irsi müasir estetikayla birləşdirərək kimlik və mənsubiyyətin dərinliyini vurğulayır - bu mövsümün mahiyyətini ən yaxşı ifadə edən təqdimatlardan biri oldu. Kolleksiya Cahangir Cahangirov adına xorun bənzərsiz müşayiəti ilə təqdim edildi. 25 may tarixində isə tanınmış beynəlxalq dizaynerlərin solo nümayişləri keçirildi. Podiumda Zemfira Jaffar Couture, Letters brendi, həmçinin mövsümün xüsusi qonaqları olan Octavio Pizarro (Paris) və Yanis Chamalidi (Sankt-Peterburq) öz kolleksiyalarını təqdim edəcəklər. Onların dizayna yanaşması - kütür texnikası, dərin mədəni kontekst və forma üzərində müasir düşüncənin harmoniyasıdır.  Bu mövsümdə xüsusi diqqət təhsil proqramlarına yönəldi. YARADICI mərkəzinin dəstəyi ilə UNEC Dizayn Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və gənc dizaynerlər üçün bir sıra mühazirə və ustad dərsləri təşkil olundu. Tədbirdə yerli və beynəlxalq mütəxəssislər - fotoqraflar, moda prodüserləri, stilistlər və sənaye ekspertləri, o cümlədən Adil Yusifov, Natavan Əliyeva, Nadejda Kojevnikova və Andrey Artonov öz təcrübələrini bölüşüblər.  AFW-2025-in baş informasiya tərəfdaşı və nümayişlərin təşkilatçısı HELLO! jurnalına məxsusdur. Xüsusi dəvət olunmuş qonaq - top-model Vialina Lemann. 2015-ci ildən etibarən Azerbaijan Fashion Week Avropa, MDB və Asiyadan olan dizaynerləri, media nümayəndələrini və ekspertləri bir araya gətirən beynəlxalq mədəniyyət platforması statusunu qoruyur. Hər mövsüm yalnız estetik meyilləri əks etdirmir, eyni zamanda moda, mədəniyyət və kimlik arasında dialoq üçün real meydançaya çevrilir.

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib FOTO

2025-06-05 17:26:00

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub. Balaca istedadlar olduqca zəngin, rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə gələn qonaqlarda xoş təəssürat yaradıb. Bu konsert həm də uşaqların hesabat konserti idi. Belə ki, il ərzində öyrəndiklərini, bilik və bacarıqlarını zalda əyləşən tamaşaçılara böyük həvəslə, həyəcanla, sevgiylə ötürdülər.  Konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən kollektivlər - Nəfəsli alətlər ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), "Sədəf" xalq çalğı alətləri ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, müəllim Elbrus Niftəliyev), "Pərilər" vokal ansamblı (müəllim Leyla Aslanova), Gimnastlar qrupu ( müəllim Səbinə Cəlilova), "Şəms" uşaq xoru (bədii rəhbər Leyla Muradzadə), "Səda" uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə), Musiqili Uşaq Teatrı (müəllim Ağasəlim Feyzullayev), Uşaq Folklor Rəqs Ansamblı (bədii rəhbərlər Nigar Zeynalova, Məhəmməd Quliyev, müəllimlər Zeynal Cigərxanov, Günel Təhməzova) iştirak edib. Konsert proqramının rejissoru Günay Səttarovadır.  Konsertdən əvvəl "Bacarıqlı əllər" rəsm dərnəyinin (müəllimlər Günay Qarayeva, Səriyyə Teymurova, Fəridə Süleymanlı, Fidan Qurbanova) gənc və istedadlı rəssamlarının əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra təşkil olunmuş "Yaradıcılıq yarmarkası"-ndə uşaqların müxtəlif əl işləri, rəsm əsərləri satışa çıxarılıb. Yarmarka tamaşaçılar tərəfindən marağa səbəb olub.  Konsertin sonundan isə illər ərzində Uşaq Filarmoniyasının mədəni və yaradıcılıq həyatında fəal iştirakına görə bütün iştirakçılar sertifikatlarla təltif olunub. İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

BakıQazax sürət qatarının qiyməti məlum oldu

2025-06-05 17:23:00

Bakı-Qazax sürət qatarının qiyməti məlum olub.

Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı

2025-06-05 17:12:00

İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.

Bakıdan Qazaxa qatarla gedə biləcəyik

2025-06-05 17:00:00

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.

ABŞ səfirliyi Ukraynadakı vətəndaşlarını xəbərdar etdi

2025-06-05 16:52:00

ABŞ-nin Kiyevdəki səfirliyi son günlər Rusiya tərəfindən Ukraynaya qarşı raket və dron hücumlarının intensivləşdiyini bildirib.

"Erməni kilsəsinə müharibə elanı: Paşinyan rəqiblərini önəmsəmir" Politoloq

2025-06-05 16:43:00

"Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır. Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır. Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb".

Evlilik yubileyində möhtəşəm hədiyyə

2025-06-05 16:35:00

ABŞ-nin Miçiqan ştatında yaşayan bir cütlük evliliklərinin 25-ci ildönümündə "Diamonds & Gold" lotereyasından 2 milyon dollar qazanıb.

"Muğamat axşamı" konserti keçirilib FOTO

2025-06-05 16:24:00

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konsertində Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva, İlkin Əhmədov, Elnur Zeynalov və respublika və beynəlxalq müsabiqələr laureatı Güllü Muradova çıxış edib. 

84 yaşlı Xalq artisti bahalı maşınında GÖRÜNTÜLƏNDİ

2025-06-05 16:16:00

Xalq artisti Niyameddin Musayev yeni videosu ilə diqqət çəkib.

Gənclər sosial təsir üçün yarışdı Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi

2025-06-05 16:00:00

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol, PAŞA Holding ilə birlikdə "Sosial təsir üçün Hakaton" ("Hack for social impact") adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib. Tədbir PAŞA Holding-in "Əlaçı" təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib. 

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə araşdırma başladı

2025-06-05 15:52:00

Pasiyentinin çılpaq videosunu paylaşan həkim barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) araşdırma başlayıb.

Hüseynqulu Sarabski adına Uşaq Musiqi Məktəbinin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutub FOTO

2025-06-05 15:43:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutub.

Stadionda faciə: Ölənlər və ağır yaralılar var

2025-06-05 15:36:00

Hindistanın Banqalor şəhərində kriket komandası "Royal Challengers Bengaluru"nu qarşılamaq üçün stadionda toplaşan izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq XƏBƏRDARLIQ

2025-06-05 15:30:00

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Pakistanla əlaqəli bu Saziş təsdiqləndi

2025-06-05 15:28:00

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək

2025-06-05 15:26:00

Azərbaycanda mədəni sərvətlərə vahid qaydada pasport veriləcək.

Bu hallarda vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər

2025-06-05 15:23:00

Son günlər müxtəlif tanınmış şəxslərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərlər yayılır. Bu isə sual yaradır ki, ölkədən çıxışa hansı hallarda qadağa qoyula bilər?

"Yeşilçam"ın aktyorunun ayaq barmaqları amputasiya ediləcək

2025-06-05 15:12:00

Mehmet Uğur reanimasiyaya yerləşdirilib

Pensiyaçılara ŞAD XƏBƏR

2025-06-05 15:09:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib.

Prezident Sərəncam imzaladı

2025-06-05 15:08:00

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Karton və plastik stəkanlar xərçəng yaradır XƏBƏRDARLIQ

2025-06-05 15:00:00

Bir çox insanın gündəlik içki və şorbalarını içmək üçün sağlam saydığı karton qablar əslində ciddi xəstəliklərə yol açırmış.

Bu tarixdə şənbə günü iş olacaq

2025-06-05 14:54:00

21 iyun şənbə günü iş günü olacaq.

Azərbaycan növbəti ev sahibi olaraq “Ümumdünya Ətraf Mühit Günü”nün estafetini qəbul edib

2025-06-05 14:45:00

İyunun 5-də "Ümumdünya Ətraf Mühit Günü" Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan bu qlobal tədbir bu dəfə "Plastik çirklənməyə son" mövzusuna həsr olunaraq, plastik tullantıların azaldılması və dövri iqtisadiyyata keçid istiqamətində birgə fəaliyyətləri təşviq edib.

Şəbnəm səhnədə "qorxulu anlar" yaşadı: köməyə mühafizəçi gəldi

2025-06-05 14:42:00

Müğənni Şəbnəm Tovuzlu tədbirlərin birinə qatılıb.

Qazaxda baş verən qəzada ölən şəxslərin FOTOsu

2025-06-05 14:33:00

Xəbər verdiyimiz kimi, Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ermənistanın Azərbaycana qəsdən ziyan vurması üzrə sənədlər məhkəmədə araşdırılır

2025-06-05 14:20:00

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlərin tədqiqinə başlanılıb.

“Hercai”nin aktrisası əməliyyatdan sonra iflic oldu

2025-06-05 14:12:00

Türkiyənin məşhur "Hercai" serialında Keriman obrazını canlandıran aktrisa Eylem Tanrıver estetik əməliyyatdan sonra qismən iflic olub.

Müalicəvi masaj faydalıdır, amma hər kəsə uyğun deyil Reabilitoloq xəbərdar edir

2025-06-05 14:00:00

Son.az xəbər verir ki, reabilitoloq və fizioterapevt Afaq Azad Hit.Az-a açıqlamasında müalicəvi masajın sağlamlıq üçün faydalarına və yanlış tətbiq edildikdə doğura biləcəyi risklərə diqqət çəkib.

Bu maşınlar kəskin bahalaşacaq

2025-06-05 13:44:00

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq

Hansı heyvanları qurban kimi kəsmək olar? AÇIQLAMA

2025-06-05 13:29:00

Müqəddəs bayrama sayılı günlər qalıb. Bu il də niyyəti olanlar və imkanl çatanlar qurban kəsəcək. Qurban kəsməyin bir sıra şərtləri var. 

Azərbaycanda zorakılığa məruz qalan 74 yaşlı qadın öldü saxlanılan var

2025-06-05 13:19:00

Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb.

Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi

2025-06-05 13:14:00

Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

Azərbaycanda tükürpədici hadisə: Ana və iki oğlu həbs edildi

2025-06-05 13:08:00

Balakəndə atasını qətlə yetirən yeniyetmə oğlanın anası və böyük qardaşı da həbs edilib.

Nazirlik əməkdaşı iş başında faciəvi şəkildə öldü

2025-06-05 13:00:00

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi zamanı faciəli şəkildə ölüb.

Hər şeyi sabaha saxlayanlar, bu xəbər sizlikdir – Psixoloq xəbərdarlıq edir

2025-06-05 12:50:00

"Bəzi insanlar hər şeyi yubatmağa meyilli olurlar. Bunun isə müxtəlif səbəbləri olur".