Roma Papasının taxta çıxma mərasimi
Dünya 18 May 2025 13:44:00 74 0
Vatikanda Papa XIV Leonun inaqurasiya mərasimi keçirilib.
Son.az yerli mediaya istinadla xəbər verir ki, Vatikanda yeni seçilmiş Papa XIV Leonun pontifikatına rəsmi start verilib. İnaqurasiya mərasimi Müqəddəs Pyotr bazilikasında, ilk Papa Müqəddəs Pyotrun məzarı önündə baş tutub və bir neçə televiziya kanalı tərəfindən canlı yayımlanıb.
Papa XIV Leo mərasimdən əvvəl açıq "Popemobil" avtomobili ilə Müqəddəs Pyotr meydanı və Via Conciliazione yolu boyunca hərəkət edərək xalqı salamlayıb. Mərasimi izləmək üçün minlərlə zəvvar və turist Vatikan ərazisinə toplaşıb. Rəsmi məlumatlara görə, tədbirdə iştirak edənlərin sayı 250 minə çata bilər. Onların sırasında Xristian Yubiley ili münasibətilə Romaya gəlmiş çoxsaylı əcnəbi zəvvarlar da yer alıb.
Meydan həmçinin 150-dən çox beynəlxalq nümayəndə heyətini qəbul edib. Xüsusilə İtaliya, uzun illər missionerlik fəaliyyəti göstərdiyi və vətəndaşlıq aldığı Peru, eləcə də doğulduğu ABŞ (Çikaqo) nümayəndələri diqqət çəkib. Eyni zamanda, mərasimdə Konstantinopol Patriarxlığı da daxil olmaqla müxtəlif xristian məzhəblərinin nümayəndələri iştirak ediblər.
Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyya

2025-ci ilin yayı ilə bağlı qorxulu ehtimallar artır.

Azərbaycanlı aktyor Elşən Orucov səfər məqsədilə Türkiyənin Mardin ş

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Türkiyənin Muğla vilayətində ana Nazlı Zeynəb A. qızını atasına 43 d

Azərbaycanda keçiriləcək "Araz-2025" birgə hərbi təliminə İra

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi gen

17-18 may tarixlərində Rusiya ordusu Ukrayna ilə müharibədə 1,130 hərbçi

Mişel Obama zarafatla bildirib ki, onun və həyat yoldaşı Barak Obamanın da

Ancelina Coli 14 ildən sonra Kann Film Festivalına qayıdıb. O, 78-ci festiva

Polşada növbəti prezident seçkiləri ilə bağlı seçki məntəqələri fə

Əgər uzun müddətdir həyatınızda dəyişiklik gözləyirsinizsə, may ayı

Yeməkdən sonra yaranan şişkinlik, qaz və mədə yanması bir çox insanın
