Günəşdə partlayış oldu Bu gün iri dalğası yerə çata bilər
Dünya 16 May 2025 10:14:00 66 0
Çərşənbə axşamı Günəşin şimal yarımkürəsində baş verən nəhəng partlayış Yerə doğru plazma dalğası göndərib.
Bu xəbəri də oxu: Tramp 11ci dəfə baba oldu FOTO
Son.az dailymail-ə istinadla bildirir ki, bir milyon kilometr uzunluğundakı plazma ipliyi Yer və Ay arasındakı məsafənin iki qatından çox olub. Alimlər xəbərdarlıq ediblər ki, bu partlayışın bir hissəsi bugün Yerə çata və maqnit qasırğasına səbəb ola bilər.
Məlum olduğu kimi günəşdə baş verən partlayışların Yerə təsiri var. Bu cür partlayışlar zamanı Günəşdən kosmosa böyük miqdarda plazma və enerji atılır. Əgər bu maddələr Yerə doğru yönəlmiş olarsa, Yer atmosferinə çataraq maqnit qasırğalarına səbəb ola bilər.
NASA peyklərinin qeydə aldığı görüntülərdə Günəşdən Yer ölçüsündən 75 dəfə böyük plazma qanadlarının ayrıldığı görünür. Partlayış əsasən şimala yönəldiyi üçün onun böyük hissəsi Yeri yan keçəcək. Lakin alimlər Yerə zəif də olsa təsir edəcək hissənin olduğunu deyirlər.
Bu isə Şimal İşıqlarının görünmə ehtimalını artırır və bəzi bölgələrdə elektrik avadanlıqlarında müvəqqəti nasazlıqlara səbəb ola bilər.
Kral Rəsədxanasının astronomu Ceyk Foster bildirib ki, Günəşdəki maqnit sahələri pozulanda plazma iplikləri qırılaraq kosmosa atılır. Bu hadisələr koronal kütlə atımı adlanan plazma və maqnit sahəsinin birlikdə Günəşdən ayrılması ilə nəticələnir.
Kosmik hava fizikçisi Dr. Tamitha Skov partlayışın Yerə bir qədər toxuna biləcəyini bildirib. O qeyd edib ki, Günəşin səthində qalan izlər partlayışın müəyyən hissəsinin Yer istiqamətində hərəkət etdiyini göstərir.
Alimlər bugün zəif maqnit qasırğasının baş verəcəyini və bunun təsirlərinin bir neçə gün davam edə biləcəyini ehtimal edirlər.
İsmayıl Son.az
İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəs

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbayca

Meyxanaçı Orxan Lökbatanlı efiorlərin birində qonaq olub.

Ankara Universitetinin müəllimi Prof. Dr. Gürol Seyitoğlu Konya vilayətind�

Son dövrlərdə distant təhsil müzakirə olunan mövzular arasındadır. Bu y

Siqareti tərgitmək çətin görünsə də, düzgün yanaşma ilə bu prosesi h

Müğənni Azad Şabanov 3 diplomu olduğununu bildirib.

Yaz və yay mövsümündə evlərdə qarışqa problemi daha tez-tez ortaya çı

Texnologiya həvəskarlarının səbirsizliklə gözlədiyi "İPhone 17&quo

Sağlam qidalanmanın vacib şərtlərindən biri təmiz meyvə və tərəvəz i

Uzun və sağlam yaşam üçün bu 4 qida evə alınmamalıdır.
