Tiranada gələcəyə birgə addım ASB Zirvəsi və Azərbaycan
Siyasət 15 May 2025 17:00:00 61 0
İlham Əliyevin Albaniyaya səfəri gözlənilir. O, Albaniyanın paytaxtı Tiranada keçiriləcək ASB-nin 6-cı Zirvə toplantısında iştirak edəcək. Zirvə toplantısında 45 ölkənin dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri olacaq. Bu səfər ölkə başçısının ASB-nin Zirvə toplantısında ilk iştirakı deyil. İlham Əliyev bu tədbirdə dəfələrlə iştirak edib.
Bu xəbəri də oxu: Xankəndi 2025: Avrasiyanı dəyişəcək sammit
Azərbaycan ilə Albaniya arasında münasibətlər son illərdə təkcə diplomatik çərçivədə deyil, həm də dərin siyasi və iqtisadi əməkdaşlıq müstəvisində inkişaf edib. Albaniya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb, bir il sonra isə rəsmi diplomatik əlaqələr qurulub. Bu münasibətlər illər ötdükcə qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığa çevrilib.
2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələyə qədəm qoyub. Ardınca Albaniya rəhbərliyinin Azərbaycana cavab səfərləri, eyni zamanda hər iki ölkədə səfirliklərin açılması ilə əlaqələr artıq formal çərçivədən çıxaraq daha davamlı və sistemli xarakter almağa başlayıb.
Albaniya ilə əməkdaşlıq iqtisadi münasibətlərdə, xüsusilə enerji sahəsində diqqətəlayiq şəkildə genişlənir. Məsələn, SOCAR-ın dəstəyi ilə Korça şəhərinin qazlaşdırılması planlaşdırılır və bu, Azərbaycanın maliyyə yardımı ilə reallaşacaq. Apreldə layihənin təqdimatı zamanı Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevin dəstəyini "misilsiz" adlandıraraq onun ölkəsinin ən böyük dostu olduğunu vurğulayıb.
Bu münasibətlər təkcə iqtisadi maraqlarla məhdudlaşmır. İkinci Qarabağ müharibəsindən sonra Albaniyanın BMT Təhlükəsizlik Şurasındakı qərəzli təşəbbüslərə qarşı çıxması, Bakının beynəlxalq müstəvidə dəstəklənməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti son illərdə ardıcıl və məqsədyönlü şəkildə inkişaf edərək ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət Azərbaycanın regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına, həmçinin beynəlxalq təşəbbüslərdə fəal iştirakına şərait yaradıb.
Azərbaycanın Avropa Siyasi Birliyi (ASB) çərçivəsindəki fəaliyyəti bu uğurların bariz nümunəsidir. 2022-ci ildə Praqada keçirilən ilk Zirvə toplantısından etibarən Azərbaycan bu platformada fəal iştirak edib, müxtəlif mövzularda dəyirmi masalarda öz mövqeyini ortaya qoyub.
Azərbaycanın ASB-dəki fəallığı onun Avropa ilə əlaqələrinin gücləndirilməsinə və qitənin təhlükəsizliyinə töhfə verməsinə xidmət edir. Bununla yanaşı, ölkəmiz enerji və nəqliyyat sahələrində də mühüm təşəbbüslərlə çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, yeni hava limanlarının inşası və enerji ixracı sahəsindəki layihələr Azərbaycanın regional mərkəzə çevrilməsinə səbəb olub.
2022-ci ilin oktyabrında Praqada əsası qoyulan Avropa Siyasi Birliyi (ASB) Avropa ölkələri arasında dialoq və əməkdaşlıq üçün geniş siyasi platformadır. Onun məqsədi Aİ və qeyri-üzv dövlətlər arasında əlaqələri möhkəmləndirməklə yanaşı, Avropada təhlükəsizlik, sabitlik və rifahı gücləndirməkdir.
ASB nə mövcud qurumları əvəz edir, nə də Aİ-yə üzvlük üçün alternativdir. Onun əsas fəaliyyət forması ildə bir və ya iki dəfə keçirilən Zirvə toplantılarıdır. Bu günədək beş Zirvə baş tutub və hər birində onlarla ölkənin liderləri iştirak edib. Növbəti Zirvə oktyabrda Danimarkada keçiriləcək. Mövzular arasında Avropa təhlükəsizliyi, iqtisadi dayanıqlıq və gənc nəslin rolu kimi məsələlər əsas yer tutacaq.
ASB-nin artan rolu göstərir ki, bu platforma Avropanın gələcəyi ilə bağlı açıq dialoq və birgə qərarlar üçün mühüm mərkəzə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev platformanın bütün toplantılarında iştirak edərək müxtəlif mövzularda - sülh, təhlükəsizlik, enerji və bağlantı - keçirilən dəyirmi masalarda çıxış edib. Bu iştirak Azərbaycan üçün həm regional əməkdaşlıq imkanlarını genişləndirmək, həm də strateji maraqlarını beynəlxalq müzakirələrə çıxarmaq baxımından əhəmiyyətlidir.
Azərbaycanın xarici siyasəti qlobal miqyasda çoxşaxəli və balanslı yanaşma ilə seçilir. Ölkə həm Avropa İttifaqı və aparıcı Avropa dövlətləri ilə strateji tərəfdaşlıq qurur, həm də Asiya və Afrika ölkələri ilə münasibətlərini genişləndirir. Enerji sahəsində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan eyni zamanda Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Bu diplomatik fəallıq Azərbaycanın beynəlxalq nüfuzunu artırır və onu regional, eləcə də qlobal əməkdaşlıq üçün vacib mərkəzə çevirir.
Bütün bu uğurlar Azərbaycanın beynəlxalq aləmdə etibarlı və nüfuzlu tərəfdaş kimi tanınmasına, regional və qlobal səviyyədə mühüm rol oynamasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın strateji maraqlarının təmin olunmasına və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.
Bəxtiyar Umarlı Son.az
"Bu gün 10-11-ci sinif şagirdlərinin əksəriyyəti məktəbə getmirlə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Opera Studiyasının s

Müğənni Leyla Rəhimova qonaq olduğu efirdə duyğusal anlar yaşayıb.

NASA-nın Conson Kosmik Mərkəzində təcrübə keçən Thad Roberts adlı təc

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük

Bu həftəsonu "Sürətin evolyusiyası" ilə daha da maraqlı olacaq.

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov barəsində axtarış

Astrologiya təkcə sevgi və karyera ilə deyil, sağlamlıqla da əlaqələndi

Aprelin 10-u Sabirabadın Bala Həşimxanlı kəndində fərdi yaşayış evind�

"Selvi Boylum Al Yazmalım" filminin ssenari müəllifi və tanınmı�

Müğənni Xuraman Şuşalı qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Türkiyəyə səfəri zaman�

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində if

Qumral efirdə müğənni ilə qırğına çıxdı
