İran bu məhsulların ixracını qadağan ETDİ
Dünya 03 Mar 2026 09:48:00 218 0
İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurma ixracını qadağan edib.
Bu xəbəri də oxu: Trampın GİZLİ PLANI üzə çıxdı: İranın nüvə ehtiyatlarına dair riskli plan hazırlanıb?
Son.az xəbər verir ki, bu barədə İran Gömrük Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi hazırkı xüsusi şəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədilə bir sıra məhsulların ixracına qadağa tətbiq edib.
Qeyd olunan məhsulların ixracı qadağası qeyri-müəyyən müddətədək davam edəcək.
Əlavə edək ki, ötən gün də İran kartofun ixracına qadağa tətbiq etmişdi.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər./Trend.Az
Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə əlaqədar yanğın təhl�
Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində
Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə v
Azərbaycanın Mərkəzi Bankı (AMB) martın 3-nə olan rəsmi valyuta məzənn
Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın ya�
Sosial şəbəkələrdəki təkcə mənfi xarakterli deyil, eləcə də "m�
Aparıcı Vüsalə Əlizadə son günlər verilişlərlə bağlı şikayətlər�
Ramazan ayında sağlam və düzgün hesab etdiyimiz bir çox şey əslində sa�
Türkiyəli müğənni İrəm Derici bir müddət əvvəl ayrıldıqlarını ded
Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas limanından alınan ən son
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində həyata keçirilən
Hörmüz boğazındakı gərginlik və ABŞ-İsrail koalisiyasının İrana zər
Əməkdar artist Elnur Kərimov həyat yoldaşı və qızı ilə foto paylaşıb
İsrail Baş naziri Binyamin Netanyahu İranın raket zərbəsi nəticəsində
