Qalmaqallı videodan sonra Hadisə geriyə addım atdı
Şou-biznes 23 Fev 2026 23:03:00 226 0
Məşhur müğənni Hadisənin UNICEF üçün hazırladığı Ramazan videosu Türkiyədə böyük etiraza səbəb olub. Videoda Türkiyənin Qəzza, Sudan və Afrika kimi dərin böhran bölgələri ilə eyni tərəziyə qoyularaq "yardıma möhtac" ölkələr arasında göstərilməsi müğənnini tənqid hədəfinə çevirib. Hadisə yaranan qalmaqaldan sonra qurumla bütün əlaqələrini kəsdiyini açıqlayıb.
Son.az xəbər verir ki, Hadisə UNICEF üçün hazırlanan videoda Türkiyəni müharibə və krizis bölgələri ilə eyni kateqoriyada təqdim edib. Bu isə Türkiyənin beynəlxalq arenadakı "yardım edən ölkə" profilinə zərər vurduğu üçün sosial mediada sərt qarşılanıb.
Müğənni bildirib ki, videoda istifadə olunan mətn ona birbaşa UNICEF tərəfindən göndərilib və onun məqsədi sadəcə "Ramazanda yaxşılığı böyütmək" olub.
Hadisə gələcəkdə yardım kampaniyalarında daha həssas davranacağını, lakin artıq UNICEF ilə heç bir bağının qalmadığını rəsmən elan edib.
Müğənni verdiyi geniş açıqlamada vətənpərvərliyini vurğulayaraq bunları deyib:
"22 yaşımda Avroviziyada ölkəmi təmsil etdiyim gündən bəri hər platformada Türkiyəni qürurla müdafiə etmişəm. Türkiyə dövləti və milləti ilə güclü bir ölkədir, dünyanın hər yerinə yardım aparır. Ramazan ayında hər kəsi nifrət dolu cümlələrdən və qütbləşmədən uzaq durmağa çağırıram."
Hadisə bundan sonra uşaqlara göstərəcəyi dəstəyi hər hansı qurumdan asılı olmayaraq, tamamilə müstəqil şəkildə davam etdirəcəyini bildirib. Lalə Qüdrətova Son.az
Günəş sistemində hərəkət edən 41P quyruqlu ulduzu öz oxu ətrafında f�
Forbes Türkiyənin ən zənginləri siyahısını yeniləyib. Builki siyahıda
"Muhteşem Yüzyıl" serialındakı Mihrimah Sultan rolu ilə tanınan
Əməkdar artist Rəhilə Bəndəliyeva valideynlərinin itkisi lə bağlı təs
AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə baş
Son günlər televiziya kanallarından birində yayımlanan verilişin qonaqlar�
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində yeniyetmə qızın ölümü il�
Azərbaycala İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əmə
Abşeron rayonunda küçədə xanımla gəzişən Sübhan əvvəllər tanımadı
Müğənni Xatirə İslamla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal y
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət A
