Dünyanın ən qədim piramidası İnsanlar tikməyib
Dünya 23 Fev 2026 00:25:00 293 0
İndoneziyanın Qərbi Yava əyalətində yerləşən Qununq Padanq təpəliyi illərdir sönmüş vulkan hesab olunurdu. Lakin aparılan son araşdırmalar bu təpənin əslində insan əli ilə tikilmiş nəhəng bir piramida ola biləcəyini və Misir piramidalarından minlərlə il daha qədim olduğunu ortaya qoyur.
Son.az xəbər verir ki, karbon testləri Qununq Padanqın ən qədim qatlarının 16.000 - 27.000 il əvvələ aid olduğunu göstərir. Müqayisə üçün: Misir piramidaları təxminən 4.500 il əvvəl tikilib.
Tədqiqatlar göstərir ki, struktur fərqli dövrlərdə üst-üstə tikilib. Ən alt qat təbii vulkanik lavanın insanlar tərəfindən formaya salınması ilə yaradılıb.
İnsan əli, yoxsa təbiət? Geoloqların bir qismi bunun tamamilə təbii bir təpə olduğunu müdafiə edərkən, arxeoloq Dani Hilman Natawidjaja və komandası radar görüntüləri ilə daxildə gizli otaqların və simmetrik sütunların olduğunu iddia edir.
Əgər bu tapıntılar rəsmən təsdiqlənərsə, bu, son buz dövründə bizim bildiyimizdən daha inkişaf etmiş bir sivilizasiyanın mövcud olduğu mənasına gələcək.
Bir çox alim bu iddialara şübhə ilə yanaşır. Onların fikrincə, 20.000 il əvvəlki ovçu-yığıcı cəmiyyətlərin belə nəhəng memarlıq layihəsini həyata keçirmək üçün lazımi alətləri və təşkilati quruluşu olmayıb. Lalə Qüdrətova Son.az
"22.02.2021... Səni bizdən alan o qara gün. Nə tez keçdi bu 5 il... Ə
Dünyanın nəfəsini dərərək izlədiyi ABŞ-İran gərginliyində yeni mərh
Meksikanın ən böyük narkokarteli olan "Xalisko Yeni Nəsil" (CJNG)
İranın ali lideri Ayətullah Xamenei ABŞ və ya İsrailin ehtimal olunan hüc
Panamada aparılan qazıntılar zamanı eramızdan əvvəl 800-1000-cü illərə
Lənkəran və Masallıda canavarlar kəndlərə hücum çəkir.
Müğənni Nəfəs Daxili İşlər Nazirliyinə müraciət edib.
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsar�
Üzlərində təbəssüm, gözlərində isə sevgi var. Söhbət Qubanın Töhm�
"Vüqar Camalzadənin konsertində olanda fəxr etdim ki, bizim Elnarə Xə
Müğənni Səidə Sultan Azərbaycan mədəniyyətinin hazırkı vəziyyəti il
Sabah Ramazan ayının beşinci günüdür.
Rusiya-Ukrayna müharibəsi axmaq müharibədir. Onlar bu ərazi uğrunda vuruş
