Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO
Kriminal 21 Fev 2026 18:07:00 281 0
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə Ramiz Quliyevin Azərbaycan musiqi sənətində müstəsna xidmətlərindən danışıb. O, bildirib: "Ramiz Quliyev Azərbaycan tar ifaçılığı məktəbinin parlaq simalarından biridir. Onun çoxşaxəli yaradıcılığı təkcə ifaçılıqla məhdudlaşmayıb, həm də pedaqoji və elmi fəaliyyəti ilə zəngin olub. Sənətkarın irsi gələcəkdə də geniş araşdırılacaq, ona həsr olunan elmi işlər, dissertasiyalar və məqalələr davam etdiriləcək. Çünki belə sənətkarların yaradıcılığı tükənməz xəzinədir". Tədbirdə çıxış edən Xalq artisti, professor Siyavuş Kərimi, Vamiq Məmmədəliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-Tədqiqat Laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Ramiz Quliyevin zəngin yaradıcılıq yolundan, Azərbaycan tar ifaçılığı məktəbinin formalaşması və təkmilləşməsində göstərdiyi xidmətlərdən bəhs ediblər. Qeyd olunub ki, sənətkarın çoxillik pedaqoji fəaliyyəti nəticəsində yeni ifaçılar nəsli yetişib. Onun səhnə mədəniyyəti, repertuar seçimi və interpretasiya üslubu bu gün də gənc musiqiçilər üçün nümunədir. Çıxışçılar tədbiri sənətkarın zəngin sənət yoluna ehtiramın ifadəsi olmaqla yanaşı, milli musiqi irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da əlamətdar hadisə kimi qiymətləndiriliblər. Gecədə Əməkdar artistlər Ramil Qasımov, Vüsal İsgəndərzadə, Qoçaq Əsgərov, Bəyimxanım Vəliyeva, mərkəzin solistləri Elgiz Əliyev, Səbinə Ərəbli, Nisbət Sədrayeva, Günay İmamverdiyeva, Rövşən Qurbanov, Kamal Nuriyev, Rəşad İbrahimov çıxış ediblər. Ramiz Quliyevin oğlu, Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru Əyyub Quliyev atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. Gecəni Mərkəzin solisti, tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə instrumental heyət müşayiət edib. Ansamblın tərkibində kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, balabanda Rafael Əsgərov, nağarada isə Amil Mustafayev çıxış ediblər. Konsert proqramında sənətkarın repertuarından nümunələr və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum �
Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.
Sərxoş halda Daxili İşlər Nazirliyinin "102"yə zəng edərək na
Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurmas
Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq arti
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müav
"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov məhkəmələrdə üzlə
Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin
Fövqəladə Hallar Nazirliyinin Ərizələrin və şikayətlərin qəbulu şöb
2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfində
Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bö
Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi təhqir etdiyi üçü
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovnik
21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistra
