İtaliyada gənc azərbaycanlı alimtədqiqatçının uzunömürlülüklə bağlı işi böyük maraq doğurdu FOTO


Kriminal 24 Noy 2025 15:24:00 63 0

İtaliyada gənc azərbaycanlı alimtədqiqatçının uzunömürlülüklə bağlı işi böyük maraq doğurdu  FOTO

İtaliyanın Milan şəhərində təşkil olunan II Biokimya, Biotexnologiya və Kök Hüceyrə Konfransında Azərbaycanı Abdulla Qarayev adına Fiziologiya İnstitutunun dissertantı və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllimi Gülər Zeynalova təmsil edib.

Tədbirdə ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka, Koreya, Yaponiya, Braziliya, Finlandiya, Argentina da daxil olmaqla müxtəlif ölkələrdən tanınmış universitet nümayəndələri və elm xadimləri məruzələrlə çıxış ediblər. Konfrans çərçivəsində Gülər Zeynalova "Age dynamics of biochemical indicators during physiological aging in centenarians living in Goychay region of Azerbaijan" ("Azərbaycanın Göyçay rayonunda yaşayan uzunömürlülərdə fizioloji yaşlanma zamanı biokimyəvi parametrlərin yaş dinamikası") mövzusunda spiker qismində məruzə təqdim edib.

Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, aparıcı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və bir sıra professorlar Zeynalovaya təşəkkürlərini bildiriblər. Mövzunun aktuallığı səbəbindən spikerdə çoxsaylı suallar ünvanlanıb.

Gülər Zeynalovaya elmi fəaliyyətinə və təqdim etdiyi tədqiqatın əhəmiyyətinə görə xüsusi təşəkkür sertifikatı təqdim edilib.

"Müasir zamanda biokimyanın əhəmiyyəti son dərəcə böyükdür. Bu elm sahəsi tibb və səhiyyənin inkişafında, xəstəliklərin səbəblərinin və müalicə yollarının müəyyən edilməsində mühüm rol oynayır. Çıxış zamanı insan ömrünü uzadan biokimyəvi faktorlar, vaxtından əvvəl qocalmaya səbəb olan lipidlərin peroksidləşməsi və sərbəst radikalların təsiri kimi vacib elmi məsələlər müzakirə olundu", - deyə Gülər Zeynalova bildirib.

Qeyd edək ki, Gülər Zeynalova Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Biokimya" ixtisası üzrə məzunudur. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin nəzdində Biologiya və Tibb İnstitutunda "Biokimya" ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunda dissertantura təhsilini davam etdirib, Tibb Universitetinin Biokimya kafedrasında ixtisasartırma kursu keçib. Zeynalova bir sıra yerli və beynəlxalq elmi konfranslarda çıxış edib, bir neçə elmi məqalənin və "Müasir Tibbi Laborator Diaqnostika" adlı kitabın müəllifidir.

Salyanda qaz olmayacaq like
  • 24 Noy 14:56  
Digərləri Salyanda qaz olmayacaq

Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
Şagirdlərin birbirinə xəsarət yetirməsi ilə bağlı QURUMDAN AÇIQLAMA like
  • 24 Noy 14:51  
Digərləri Şagirdlərin birbirinə xəsarət yetirməsi ilə bağlı QURUMDAN AÇIQLAMA

Sosial şəbəkədə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu

arrow Ətraflı
Kreml ABŞnin Ukrayna planı haqqında mediaya məlumat vermək istəmir like
  • 24 Noy 14:43  
Dünya Kreml ABŞnin Ukrayna planı haqqında mediaya məlumat vermək istəmir

Kreml ABŞ-nin Ukrayna planını mediada müzakirə etmək istəmədiyini açıq

arrow Ətraflı
Nəriman Həsənzadənin son durumu AÇIQLANDI like
  • 24 Noy 14:33  
Digərləri Nəriman Həsənzadənin son durumu AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb.

arrow Ətraflı
21 min manat ələ keçirən 21 yaşlı oğlan saxlanıldı like
  • 24 Noy 14:22  
Digərləri 21 min manat ələ keçirən 21 yaşlı oğlan saxlanıldı

Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil a

arrow Ətraflı
Bu il yaşayış binalarında baş verən yanğınlarda neçə nəfər ölüb? like
  • 24 Noy 14:13  
Digərləri Bu il yaşayış binalarında baş verən yanğınlarda neçə nəfər ölüb?

Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında

arrow Ətraflı
Dünya bu toydan danışır  Məşhurlar axın etdi  FOTO like
  • 24 Noy 13:47  
Şou-biznes Dünya bu toydan danışır Məşhurlar axın etdi FOTO

Hindistanın Udaypur şəhərində Netra Mantena ilə sahibkar Vamsi Gadirajunun

arrow Ətraflı
Goranboyda daha bir bina çökə bilər like
  • 24 Noy 13:40  
Digərləri Goranboyda daha bir bina çökə bilər

Goranboyda bina təhlükəli vəziyyətdədir.

arrow Ətraflı
1 ay əvvəl ana olmuşdu, like
  • 24 Noy 13:06  
Şou-biznes 1 ay əvvəl ana olmuşdu,

Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu ərindən ayrılır.

arrow Ətraflı
Temperatur enir  Sabahın havası açıqlandı like
  • 24 Noy 12:25  
Digərləri Temperatur enir Sabahın havası açıqlandı

Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Canlı açıb 20 Yanvar və Xocalı şəhidlərini təhqir etdilər  VİDEO  FOTO like
  • 24 Noy 12:20  
Digərləri Canlı açıb 20 Yanvar və Xocalı şəhidlərini təhqir etdilər VİDEO FOTO

"TikTok"da canlı yayımda 20 Yanvar və Xocalı şəhidləri təhqi

arrow Ətraflı
Partlayışda xəsarət alanların vəziyyətləri ağırdır like
  • 24 Noy 11:33  
Digərləri Partlayışda xəsarət alanların vəziyyətləri ağırdır

Bu gün 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyek

arrow Ətraflı