Bakıda doğulan musiqi: Dmitri Sitkovetski atasının xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış etdi
Kriminal 08 Noy 2025 18:59:00 70 0
Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) ikinci həftəsonu müxtəlif nəsilləri, ənənələri və ölkələri birləşdirən unudulmaz bir axşamla başladı.
Bu xəbəri də oxu: "ZƏFƏR" – 44 adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açıldı FOTO
7 noyabr tarixində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində tanınmış skripkaçı və dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə həm yerli ulduzlar, həm də müxtəlif ölkələrdən gəlmiş istedadlı ifaçılar çıxış etdilər. Onların arasında - dörd yaşından ifaya başlayan və hazırda İspaniyada yaşayan skripkaçı Liana Qurdciya, Azərbaycan Respublikasının Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və hazırda Almaniyada təhsil alan gənc musiqiçi Yaponiyalı skripkaçı Ayaka Uçio, eləcə də Azərbaycanın gənc skripka məktəbinin ən parlaq nümayəndələrindən biri Nəzrin Aslanlı yer alırdı.
Konsert proqramı görkəmli skripkaçı Yulian Sitkovetskinin 100 illik yubileyinə həsr olunmuşdu. Onun Baxa və Paqaninidən ifaları bu gün də gənc musiqiçilər üçün ustad nümunəsi hesab olunur.
Sitkovetskilər ailəsi Bakının musiqi tarixi ilə sıx bağlı dərin köklərə malik ailədir. Onların babası XIX əsrdə orkestr dirijoru olmuş və dahi Üzeyir Hacıbəyovla birlikdə şəhərin musiqi həyatının əsasını qoyanlardan biri sayılır.
Konsertin müəllifi Dmitri Sitkovetski Bakıda anadan olmuş, Moskva Konservatoriyasında və daha sonra Nyu-Yorkdakı Culliard Məktəbində təhsil almışdır.
"Bakı mənim üçün doğma şəhərdir. Ailəm ötən əsrdə burada dörd nəsil peşəkar musiqiçilər yetişdirib. Mən burada özümü tam evdəki kimi hiss edirəm və buradakı insanların nə qədər mehriban və xeyirxah olduqlarına heyranam. Bunu pulla almaq mümkün deyil", - deyə Dmitri Sitkovetski konsertdən əvvəl öz təəssüratlarını bölüşüb.
Bütün iştirakçıların birgə çıxışı bir daha sübut etdi ki, Bakı Beynəlxalq İncəsənət Festivalı BIAF 2025 təkcə regional deyil, beynəlxalq əhəmiyyətli hadisədir və paytaxt sakinlərinə və qonaqlara Bakını tərk etmədən dünyəvi mədəni kontekstə çıxış imkanı yaradır .
Festivalın növbəti tədbiri 8 və 9 noyabr tarixlərində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək - kanadalı rejissor Robert Lepaj və xoreoqraf-rəqqas Giyom Kotenin "Hamlet" əsərinin müasir xoreoqrafik interpretasiyası.
Festival haqqında ətraflı məlumat: https://www.biaf.az
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütl�
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azə
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan R
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türk
Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xi
Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordum
Bu gün Bakıda keçirilən hərbi paradda Silahlı Qüvvələrimizin istifadəs
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiy
G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı Zəfərin 5 illiyin�
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri
Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşova aktrisa bacısı Səd
