“Birliyin melodiyası, Qələbənin harmoniyası”
Kriminal 07 Noy 2025 18:15:00 96 0
Böyük Britaniyanın paytaxtı Londonun məşhur "Kings Place" mədəniyyət mərkəzində xalqımızın Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib. Konsert İngiltərədə yaşayan azərbaycanlı musiqiçi, Azərbaycanın Əməkdar artisti Elçin Şirinov tərəfindən "Melody of Unity, Harmony of Victory" ("Birliyin melodiyası, Qələbənin harmoniyası") adı ilə təqdim olunub.
Bu xəbəri də oxu: Ərini qaynar yağla öldürdü
Son.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Dövlət Komitəsi (Diaspora ilə İş üzrə) tərəfindən təşkil edilib. Konsertdə İngiltərədə yaşayan soydaşlarımız, yerli ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. Qonaqlar arasında Prezidentin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, eləcə də Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova yer alıb.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi ehtiramla yad edilib. Xalqımızın şanlı Qələbəsinin tarixi barədə məlumat verilib.
Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" sözlərini xatırladaraq, torpaqlarımızın işğaldan azad edilməsinin tarixi və siyasi əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu Qələbə dövlət başçısının qətiyyəti və Azərbaycan ordusunun igidliyi sayəsində mümkün olub.
Çıxışlarda xaricdə yaşayan azərbaycanlıların informasiya müharibəsində fəal iştirak etdikləri, həqiqətlərimizin dünya ictimaiyyətinə vaxtında və əsaslı şəkildə çatdırılmasında mühüm rol oynadıqları xüsusi qeyd edilib.
Elçin Şirinov və müxtəlif millətlərdən olan musiqi ustalarının müşayiəti ilə Azərbaycan musiqisinin caz üslubunda improvizasiyaları səsləndirilib. Konsert tamaşaçılar tərəfindən uzun sürən alqışlarla qarşılanıb.
Natiqlər "səhnə diplomatiyası"nın Azərbaycan Qələbəsinin dünyaya çatdırılmasında əvəzolunmaz əhəmiyyətə malik olduğunu bir daha diqqətə çatdırıblar. Son.az
ABŞ milyarderi qızıldan hazırlanmış unitazı 10 milyon dollara satışa ç
"Eurovision 2026" mahnı müsabiqəsində ilk təsdiqlənmiş iştirak
Şəhər yollarında ən çox əsəbləri tarıma çəkən hallardan biri də t�
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu t
"Obamızın müzəffərləri - Zəfərin adını daşıyan qəhrəmanlar&qu
Müğənni Aygül Səfərova açıqlaması ilə diqqət çəkib.
Azərbaycan mədəniyyət ictimaiyyəti 8 noyabr - Zəfər Günü münasibətil�
Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Onun pik dövrü 17-18
Ağıllı telefonlar artıq həyatımızın böyük bir hissəsini əhatə edir.
Azərbaycan dövləti tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin v
Trendyol ilin ən böyük endirim kampaniyası "Super alış-veriş günlə
"Nar" ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətə
Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir "Zeekr 001
