“Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”
Şou-biznes 06 Noy 2025 08:41:00 64 0
Müğənni Üzeyir Mehdizadə üzünə gülüb, dalınca danışanlarla necə mübarizə apardığını açıqlayıb.
Bu xəbəri də oxu: Fatimədən əvvəl evli olub, 1 oğlu da varmış...
Son.az xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan ifaçı bunları deyib:
"Əksəriyyətini bu düşüncə ilə ötüşdürürəm ki, hər bir kəs səhv edə bilər. Mən ümumiyyətlə demirəm ki, haqqımda düşünənlər səhv edir. Çünki hər kəsin öz fikri, öz baxışı var. Mahnılarım haqqında da kimsə mənfi fikirdə ola bilər. Əgər kimsə bilmədən arxamızca danışır, haqqımıza girirsə, düşünürəm və ümid edirəm ki, nə vaxtsa doğru yolu tapar. Buna görə də onların arxasınca çox düşmürəm. Elə bilirəm ki, mən hansısa məsələdə səhv etmişəmsə, onlar da bu məsələdə səhv edirlər.
Allah bizə buyurub ki, səbrli olaq. Mən də səbrin niyə bu qədər tövsiyə olunduğunu araşdırmışam. Səbr etməyən insan özündən çıxır, idarəetməni itirir. Bu halda insan gülünc və ya acınacaqlı vəziyyətə düşə bilər. Amma normal halda bu baş verməz. Səbrim var, amma bunu asan sanmasınlar. Həyatda güclü olmağa çalışırıq. Bu gün səhnədəyik, sabah isə məhlədə ola bilərik. Həyat təkcə çalıb-oxumaqdan ibarət deyil".
Üzeyir qarşısına qoyduğu hədəfə çatana qədər xeyli travma aldığını bildirib:
"Mən qarşıma qoyduğum məqsədə çatanda artıq travmalar almışdım. Acı da olsa, etiraf edəcəyəm. Bu, bizim keçmiş televiziya proqramlarından başlayır. O vaxt məni aldadıb efirə çağırırdılar. 19-20 yaşım var idi, özümü böyük hesab edirdim. İndi başa düşürəm ki, çox gənc olmuşam. Onlar da bundan istifadə edirdilər. Yolda məni görən yaşlı adamlar deyirdilər ki, "elə verilişlərə çıxma, nə məcburdur axı?". Amma başa sala bilmirdim ki, telefonda dəvət edəndə başqa cür danışırlar. Yaşım az idi, saf idim, düşünürdüm ki, bu boyda kişi, xanım məni aldatmaz. Sonra gördüm ki, aldatmağa meyilli insanlar da az deyil.
Belə bir hal var: yeni bir iş yoldaşı gələndə insanların 90 faizi onda mənfi bir şey axtarmağa çalışır. Lap sənət adamı gələndə də deyirlər ki, "bu haradan çıxdı?" Amma düşünürəm ki, biz həyatda gülə-gülə qarşıladığımız nə varsa, onları ağlaya-ağlaya yola salırıq. Bunu rişxənd mənasında yox, hər bir mənada deyirəm.
Seçim edərkən və bir insana yanaşanda ilkin mərhələdə onun mənfi tərəflərini axtarmayaq. Əgər bu yanaşmaya nəzarət etsək, heç kim travma almaz və münasibətlər daha sağlam olar". (Axşam.az) Son.az
Avtomobil həvəskarlarının maraqla izlədiyi MotorTrend "İlin Avtomobil
Küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev birgə efir�
Çaya şirin qatmaq zərərsiz görünə bilər, amma uzun müddət istifadə ol
Avtomobil mütəxəssisləri ikinci əl bazarında uzunömürlüyü və dayanıq
Yeni aldığınız cins şalvarın bir neçə yuyulmadan sonra solub sərtləşm
Gecə tez-tez oyanıb tualetə getməyinizin səbəbini yaşlanma ilə əlaqəl
"İşte Benim Stilim" yarışması ilə tanınan və daha sonra cinsiy
Uşaqların immun sistemi və həzm orqanları hələ tam inkişaf etmədiyi ü�
Pendirin dadını və keyfiyyətini uzun müddət qorumaq üçün onu düzgün �
"Təzyiqin yüksəlməsi halında ilk növbədə, onu artıran amillər ara
Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda yerləşən daş karxanasında �
Paytaxtdakı şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlan�
ABŞ Prezidenti Donald Tramp Nyu-York bələdiyyə sədri seçkilərində qalib
ABŞ-nin Karnegi Mellon Universitetində aparılan yeni araşdırma göstərib
Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan incəsənət xəzin
