ABŞdan mühüm addım Müharibə hazırlığı başladı
Dünya 03 Noy 2025 10:10:00 85 0
ABŞ ordusu Karib dənizində uzun illər tərk edilmiş keçmiş Soyuq Müharibə bazasını yenidən fəaliyyətə hazırlayır. Bu addım Venesuela ərazisində mümkün əməliyyatları dəstəkləməyə yönəlmiş davamlı hərbi hazırlıqların göstəricisi kimi qiymətləndirilir.
Bu xəbəri də oxu: Bu gün Günəşdə ardarda iki partlayış baş verib
Son.az xəbər verir ki, "Reuters"in apardığı vizual araşdırmaya əsasən, Puerto Rikoda yerləşən keçmiş Ruzvelt Yolları hərbi dəniz bazasında tikinti işləri sentyabrın 17-də başlayıb. Ərazidə yollar təmizlənib, uçuş-enmə zolağının bərpasına başlanılıb.
ABŞ rəsmilərindən biri bildirib ki, baza "strateji mövqeyə malikdir və avadanlıq toplamaq üçün geniş sahə təklif edir". Bununla yanaşı, ABŞ Puerto Riko və ABŞ Virgin Adalarındakı Sent-Krua mülki hava limanlarında da yeni hərbi obyektlər inşa edir. Hər iki ərazi Venesueladan təxminən 500 mil məsafədə yerləşir.
Üç ABŞ hərbi rəsmisi və üç dəniz mütəxəssisinin Reuters-ə verdiyi açıqlamalara görə, bu tikintilər Vaşinqtonun Venesuela ərazisində mümkün əməliyyatlara hazırlıq gördüyünü göstərir. Venesuela prezidenti Nikolas Maduro dəfələrlə ABŞ-ın onu devirmək istədiyini iddia edib.
Qeyd edək ki, bu baza ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən 2004-cü ildə bağlanmış və o dövrdə dünyanın ən iri ABŞ dəniz stansiyalarından biri sayılırdı.
Fidan Son.az
Pirəkəşkül və Ağdərədə köhnə döyüş sursatları məhv ediləcək.
Bu ilin oktyabr ayında Azərbaycan istifadəçilərinin "İnstagram"
"Komedixana"nın baş tutan növbəti buraxılışında maraqlı anlar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti
Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evl�
Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü
Nazirliyin məlumatında bildirilir ki, texnologiyanın inkişafı ilə dələdu
Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramı açıqlanıb. No
Bu həftəsonundan etibarən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Yağıntılı havalarda yola çıxmazdan əvvəl avtomobilin sazlığını yoxla
Səudiyyə Ərəbistanı Liqasının 7-ci turunda "Qarabağ"ın sabiq
2025-ci ilin noyabrı maliyyə kəşfləri və xoş sürprizlər ayı olacağın
Almaniyada bəzi bölgələrdə şirniyyatlara az miqdarda duz əlavə etmək ad
