Türkiyədə illər sonra çarəsiz xəstəlik aşkarlandı İki nəfər yoluxub
Dünya 31 Okt 2025 14:43:00 154 0
Türkiyədə illər sonra ilk dəfə "dəli dana" xəstəliyinə (BSE - "süngərabənzər ensefalopatiya") iki yoluxma halı qeydə alınıb.
Bu xəbəri də oxu: Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı
Son.az xəbər verir ki, hadisələr Ankara və Bolu şəhərlərində baş verib.
Ankara Bilkənt Şəhər Xəstəxanasında müalicə alan xəstədə ilkin olaraq "dəli dana" xəstəliyi şübhəsi aşkarlanıb. Laborator analizlər davam edir, xəstə hazırda reanimasiya şəraitində nəzarət altında saxlanılır.
Oxşar hadisə Boluda da qeydə alınıb. Boğaz ağrısı, başgicəllənmə və ürəkbulanma şikayəti ilə xəstəxanaya müraciət edən şəxsə aparılan analizlərdən sonra "dəli dana" diaqnozu qoyulub. Yoluxmanın yayılma riskinə görə xəstə izolyasiya edilib və nəzarət altında saxlanılır.
"Dəli dana" xəstəliyinin tibbi adı "mal süngərabənzər ensefalopatiyası" (Bovine Spongiform Encephalopathy - BSE) kimi tanınır. Bu, mal-qaranın sinir sisteminə təsir edən prion mənşəli ölümcül infeksiyadır. İnsanlara bu xəstəlik "Variant Kroytsfeldt-Yakob xəstəliyi" (vCJD) kimi keçə bilər və əsasən yoluxmuş heyvan ətinin yeyilməsi ilə ötürülür.
Həkimlərin sözlərinə görə, xəstəliyin ilk əlamətləri psixoloji dəyişikliklərlə özünü göstərir. Əsas simptomlara bunlar daxildir:
yaddaş itkisi və diqqət azalması depressiya və narahatlıq danışıq və görmə pozğunluğu əzələlərdə nəzarətsiz hərəkətlər tarazlıq və yerimə problemləri yuxusuzluq və ya həddindən artıq yuxululuq son mərhələdə huşun itməsi və komaXəstəliyin insanda gizli dövrü çox uzundur. Yoluxmadan sonra simptomlar 10 ildən 30 ilə qədər vaxt keçdikdən sonra ortaya çıxa bilər.
Hazırda "dəli dana" xəstəliyinin dəqiq və təsirli müalicəsi yoxdur. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, bu xəstəlikdə əlamətlər başladıqdan sonra onun gedişini dayandıracaq və ya yavaşladacaq xüsusi müalicə üsulu yoxdur.
Ermənistan Hindistandan 12 Su-30MKI tipli qırıcı təyyarə almağa hazırla�
Son günlər sosial mediada müğənni Nəfəsin bir verilişdə təqdim etdiy
Bakıda 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaq c�
Türkiyə artıq yeni nəsil əsas döyüş tanklarını tam müstəqil şəkild
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.
Azərbaycanda məktəblilərin iştirakı ilə çəkilmiş qeyri-etik video yay�
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirm�
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin gərgin münasibətl
Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Komple
Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssi
"Toyota Motor" proqram təminatında yaranan nasazlıqlar səbəbində
Salyan rayonunda elektrik cərəyanı vuran gənc xəstəxanada ölüb.
Sosial mediada bir sıra məşhur azərbaycanlıların keçmiş toy fotoları pa
Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələ
Azərbaycanda noyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözləni
