Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Kriminal 30 Okt 2025 23:41:00 147 0
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bu xəbəri də oxu: “Qizil Pəri”nin nominantlari müəyyənləşdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.
Layihə çərçivəsində Bakı ilə yanaşı, regionlardakı bir sıra musiqi məktəbləri üçün 11 adda 70-dən çox musiqi aləti alınıb. Bunların sırasında tar, kamança, qanun, nağara kimi milli alətlərlə yanaşı, skripka, violonçel, royal, pianino və digərləri yer alır. Bu musiqi alətləri həm yerli ustaların əl işləri, həm də musiqi alətlərinin istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən sifariş olunan nümunələrdir. O cümlədən "Carlovy" violonçel və skripkaları, Avropanın akustik piano və royalların istehsalı sahəsində başlıca firması olan "Petrof" royalları, "Yamaha" pianoları bu musiqi alətləri sırasındadır.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihənin paytaxt və regionlardakı musiqi məktəblərində təhsilin inkişafına dəstək baxımından əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə də gənc istedadların inkişafına və təhsilinə göstərdiyi daimi dəstəyə görə təşəkkürünü bildirib.
Sonra Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert olub. Son.az
Bir qadın yalnız səhər yeməyində etdiyi kiçik bir dəyişiklik sayəsind�
Siqaret çəkməyə erkən yaşda başlamaq 30 yaşında impotensiya riskini art
Kanal D-nin serialı "Eşref Rüya" yüksək reytinqləri ilə ikinci
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası o�
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayo
Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov qaz limitinə şeir həsr edi
Hibrid avtomobillər həm daxiliyanma mühərriklərinin gücünü, həm də ele
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təş
"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (F
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi s
Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İ
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Rusiyalı həkim beynin aktivliyini artıran qidaları açıqlayıb.
Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi va
