Makronun kədərli anları: Baş nazirin istefasından sonra Sena çayı sahilində tək gəzişdi
Dünya 06 Okt 2025 19:51:00 99 0
Fransanın Baş naziri Sebastien Le Kornelyenin istefasından qısa müddət sonra prezident Emmanuel Makronun Parisdə Sena çayı boyunca təkbaşına, düşüncəli halda gəzdiyi anların videosu yayımlanıb.
Bu xəbəri də oxu: Gündə iki saat işləyərək bir ildə 1 milyon dollar qazandı
Son.az xəbər verir ki, bu görüntüləri BMF Televiziyası paylaşıb.
Videoda Makronun üz ifadəsinin aydın şəkildə gərgin və kədərli olduğu görünür. Fransız mediası bu kadrları, hazırda ölkə siyasətində yaranan çətin vəziyyətin simvolu kimi təqdim edir.
Hazırda baş nazir postu üçün mümkün namizədlərin yalnız müxalifət sıralarından gəlməsi vəziyyəti daha da çətinləşdirir. Parlamentdə hökumətə etimadsızlıq səsverməsinin keçirilməsi riski də gündəmdədir və bu dəfə belə bir qərarın qəbul olunma ehtimalı xeyli yüksək qiymətləndirilir.
Qeyd edək ki, Sebastien Le Kornelye bu gün vəzifəsindən istefa verib. O, cəmi bir gün əvvəl yeni kabinetin tərkibini açıqlamışdı. Yeni hökumətdə əvvəlki baş nazir Fransua Bayrunun komandasından və Makrona yaxın şəxslərdən bir çoxu yer alırdı.
Makronun tək gəzintisi Fransada siyasi böhranın dərinləşdiyi bir vaxtda baş verir və bu görüntülər ictimaiyyətdə böyük rezonans doğurub. Lalə Qüdrətova Son.az
Çinin Tibet Muxtar Bölgəsindəki Everest dağının şərq yamacında güclü

Rusiya ordusu Xarkov vilayətində bir yaşayış məntəqəsini ələ keçirib.

Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik vasitə dövriy

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Ş

Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdiri

Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı h�

"Euronews" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himay

5 oktyabr 2025-ci il tarixində, Beynəlxalq Müəllimlər Günündə Azərbayca

"Əgər kişi məclisi də olsa, mənim ifalarımı sevib dəvət edirlərs

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjis

Tanınmış aparıcı Fərid Rəsul İtaliyada soyulub. Son.az bildirir ki,

Çin İrana neft əvəzində infrastruktur layihələri həyata keçirir

Fransa prezidenti Emmanuel Makrona qarşı kampaniya qızışır. Lecornu-nun

Oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək
