ABŞ hərbi dəstəyi minimal saxlayır Avropa özü Ukraynanın müdafiəsini götürür
Dünya 22 Avq 2025 11:48:00 74 0
ABŞ və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri Ukraynanın təhlükəsizliyinin təminatı məqsədilə mümkün hərbi tədbirlərlə bağlı variantları milli təhlükəsizlik üzrə məsləhətçilərə təqdim ediblər.
Bu xəbəri də oxu: Telemüxbir canlı yayımda qarət olundu VİDEO
Son.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Pentaqonun açıqlamasına görə, ABŞ və Avropanın hərbi planlaşdırma üzrə mütəxəssisləri tərəfindən hazırlanan variantlar hazırda müttəfiq ölkələrin milli təhlükəsizlik məsləhətçiləri tərəfindən nəzərdən keçirilir.
ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukraynanın müdafiə qurumlarının rəhbərləri bu həftə çərşənbə axşamından cümə axşamına qədər Vaşinqtonda bir sıra görüşlər keçiriblər. Məsələyə yaxın mənbənin bildirdiyinə görə, ABŞ dövlət katibi Marko Rubio cümə axşamı Avropa rəsmiləri ilə telekonfrans formatında görüşərək hazırlanan variantları müzakirə edib.
Məlumata əsasən, Rubio Böyük Britaniyanın milli təhlükəsizlik üzrə məsləhətçisi Conatan Pauell, Avropa Komissiyası prezidentinin aparat rəhbəri Björn Zaybert, NATO baş katibinin aparat rəhbəri Ceffri van Leuven və Almaniya, Fransa, İtaliya, Finlandiya kimi ölkələrin təhlükəsizlik nümayəndələri ilə danışıqlar aparıb.
"Reuters" mənbələrinin verdiyi məlumata görə, hazırda planın yekun detallar üzərində iş aparılır. Lakin ilkin mərhələdə razılaşdırılıb ki, Ukraynanın təhlükəsizliyinin təmin olunmasında əsas yük Avropa ölkələrinin üzərinə düşəcək.
Agentliyin digər mənbəsinin bildirdiyinə görə, planlaşdırma prosesi davam edir və Vaşinqton hələ də bu prosesdəki rolunun miqyasını dəqiqləşdirir.
Variantlardan biri kimi Avropa qoşunlarının Ukraynaya göndərilməsi və onların idarə olunmasının ABŞ tərəfindən həyata keçirilməsi nəzərdən keçirilir. Eyni zamanda ABŞ-ın hava dəstəyi müxtəlif formalarda təmin oluna bilər - Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi və ya ABŞ qırıcıları vasitəsilə uçuşsuz zonanın yaradılması da bu imkanlar sırasındadır.
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens daha əvvəl açıqlamasında, Ukraynanın təhlükəsizlik təminatına çəkilən əsas maliyyə yükünün Avropa ölkələrinin üzərinə düşməli olduğunu bəyan etmişdi.
Bundan əlavə, mediada yayılan məlumatlara görə, ABŞ bu prosesdə yalnız "minimal" rol oynamağı planlaşdırır.
Kənan Son.az
Xəbər verdiyimiz kimi, "Şərur" Mənzil-Tikinti Kooperativinin sahi

Unibank müştərilərinə sərfəli fürsət təqdim edir. Avqustun 22 və 23-d

Xəbər verdiyimiz kimi, bəstəkar Ruslan Əhmədoğlu Türkiyədə qəfil vəf

"Kirayə bazarında mənzil satış bazarında olduğu kimi artım müşahi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer

Dilan Çıtak və Levent Dörter haqqında boşanma iddiaları yenidən gündəm

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-pre

Azərbaycan Kempo Federasiyasının prezidentinin oğlu vəfat edib.

Əməkdar artist Kübra Əliyeva Xalq artisti Fatma Mahmudovanın görüntülər

İşğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər k

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulu müstə

Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən "�

Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi İnstaqram səhifəsində dövlə

Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkmənbaşı şəhərində Az�
