Rəqsanə İsmayılova kimdir? Yarım milyonluq dələduzluğa görə həbs edilən müğənni


Şou-biznes 16 Avq 2025 20:42:00 59 0

Rəqsanə İsmayılova kimdir?  Yarım milyonluq dələduzluğa görə həbs edilən müğənni

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluq əməllərində ittiham olunaraq, bu gün həbs olunub. 

Son.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında müğənni Rəqsanə İsmayılova barədə məlumat verir.

-Rəqsanə İsmayılova harada anadan olub?

Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Gədəbəydə doğulub.

- Rəqsanənin ali təhsili var?

Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinin diplomunu alıb.

Müğənni Rəqsanə 2 dəfə rəsmi ailəli olub. Birinci evliliyindən qızı  Aysun dünyaya gəlib. Öz dediyinə görə, Goranboy rayonuna ərə gedib. Hamiləykən aclıq çəkib, bir tikə çörəyə belə möhtac qalıb. Əri ayrıldıqdan sonra qızı Aysunla maraqlanmayıb. Rəqsanə məhz boşanandan sonra şou-biznesə üz tutub. Necə deyərlər imkansızlıq onu müğənni olmağa məcbur edib.

-Rəqsanənin neçə övladı var?

Müğənni 4 uşaq anasıdır. Son iki uşağının atası indiki əri Fazil Əmiraslanovdur. 3 qızı bir oğlu var.

- Rəqsanənin ikinci qızı Yağmurun atası kimdir? 

Rəqsanə bu barədə danışmır. Yağmurun köklü bir nəslin daşıyıcısı olduğunu deyib. İfaçı bir müsahibəsində bildirib ki, keçmiş həyat yoldaşından dünyaya gələn qızı Yağmur atasını görmək istəyir:

"Biz buna etiraz etmirik. Artıq 14 yaşı var. Bu, onun haqqıdır, onun fikrinə hörmətlə yanaşıram. Fazil müəllim də onun fikrinə normal yanaşdı. Üzümüzə gələn həftə məhkəmə vasitəsilə istəyirik ki, analizlər keçirilsin, hər şey qanun çərçivəsində olsun. DNT testi ona görədir ki, atası əvvəllər qəbul etmirdi. Yağmur atasını tanımalıdır və bu, məhkəmə yolu ilə təsdiqlənməlidir".

- Rəqsanənin atası kimdir?

Atası İsmayıl Cəfər oğlu Cəfərov onu 5 yaşında atıb gedib. Hazırda Rusiyanın Rostov şəhərində məhkəmədə işləyir. Orada Qalina adlı rus qadınla evlənib və ondan Mircəfər və Elvira adlı iki uşağı var. Rəqsanə atasını Xoşqədəmin proqramında axtarıb tapsa da atası onunla görüşmək istəməyib.

- Rəqsanənin adı insan alverində hallanıb?

Bəli. O, anası və bacısı illər öncə insan alverinə görə, məsuliyyətə cəlb ediliblər. Bu barədə prodüsser Təranə Səmədova belə demişdi:

"2006-cı ilin dekabrında anan anamın qarşısında dizini yerə qoydu ki, Ellada (Rəqsanənin bacısı.) tutulub, 10 min pul lazımdır. Ondan da iki ay öncə 7 min dollar faizlə pul götürüb vermişəm. Mən o borcları ödəmişəm. Heç olmasa, Allahdan qorx da. Bu, nə danışıqdır? Nə tez unutdun, ananın bacının həbs olunmağını? İnsanı qaralamaq asandır. 

-Rəqsanə Fazil Əmiraslanovla nə zaman evlənib?

O, biznesmen həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib. "Fazil müəllim boşanandan sonra ailə qurmuşuq. O, ailəli olanda onu tanımırdım. Fazil Əmiraslanovun eks-xanımı rus olub və ondan iki övladı var. Qız anası ilədir. Münasibətimiz yoxdur. Amma oğlu Elvinlə tez-tez görüşürük".Müğənni hamilə olduğunu, tezliklə beşinci övladını dünyaya gətirəcəyini etiraf edib: "Övladlarımı Fazil müəllimə görə dünyaya gətirmişəm. O ərinin övladları ilə də xoş münasiəbtdədir. Allah hər zaman bizi mehriban etsin. Elvin( Ərinin oğlu)  mənim üçün Aysun necədirsə elədir. "Ögey" sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm. 

Həyat yoldaşım o qədər gözəl xasiyyətə malikdir insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən - bizdə ayrıseçkilik yoxdur" - deyə o bildirib.

- Rəqsanə harada yaşayır?

Onun həm Moskvada, həm Bakıda saray kimi iki böyük villası var. Rəqsanə əsl kraliça kimi yaşayırdı.

- Rəqsanə plastik əməliyyat etdirib?

Bəli. O dəfələrlə plastik əməliyyat etdirib. Üzünə dodaqlarına dolğular vurdurub. Bədənşəkilləndirmə əməliyyatı keçirib. Daima 50-55 kilo çəkidə qaldığını deyir.

- Rəqsanə toylara neçəyə gedir?

Rəqsanə əsasən bütöv toy oxuyur. Rusiya və Azərbaycanda toylara gedir. Azərbaycanda toy qonorarı 5 min manatdır. Rusiyada bu qiymət daha da çoxalır.

- Rəqsanənin əlavə biznesi var?

Bəli. O Rusiya və Azərbaycanda restoran biznesi ilə də məşğul olub.  

Gələn həftə bu bürclər üçün vardövlət dalğası gəlir like
  • 16 Avq 20:01  
Digərləri Gələn həftə bu bürclər üçün vardövlət dalğası gəlir

Şir bürcü mövsümü bütün bürclərə isti qızıl işığını saçaraq,

arrow Ətraflı
Rəqsanəni hansı cəza gözləyir? like
  • 16 Avq 19:39  
Şou-biznes Rəqsanəni hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

arrow Ətraflı
Azərbaycanlı aktrisa: Gənc kişilərin qanını içirəm like
  • 16 Avq 18:45  
Şou-biznes Azərbaycanlı aktrisa: Gənc kişilərin qanını içirəm

Son dövrlərdə tez-tez adı çəkilən aktrisa Nesrin Cavadzadə, bir müddət

arrow Ətraflı
Qayın gəlini yatdığı yerdə mülkə görə qətlə yetiribmiş? like
  • 16 Avq 18:28  
Kriminal Qayın gəlini yatdığı yerdə mülkə görə qətlə yetiribmiş?

Cəlilabadın Alar kəndində 62 yaşlı qadının qətlə yetirilməsinin bəzi

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 16 Avq 18:15  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4 bal gücündə zəl

arrow Ətraflı
Rəqsanə Bakıda həbs edildi like
  • 16 Avq 18:10  
Şou-biznes Rəqsanə Bakıda həbs edildi

Müğənni Rəqsanə İsmayılova Bakıda həbs edilib.

arrow Ətraflı
Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu like
  • 16 Avq 18:00  
Digərləri Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları

arrow Ətraflı
Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb like
  • 16 Avq 17:51  
Digərləri Şəkidə avtomobil ağaca çırpılıb, ana və iki azyaşlı övladı xəsarət alıb

Şəkidə yol nəqliyyat hadisəsi baş verib, ana və iki azyaşlı övladı x�

arrow Ətraflı
Paytaxtda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb like
  • 16 Avq 17:42  
Digərləri Paytaxtda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb

Paytaxtda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.

arrow Ətraflı
Buğda ehtiyatları məqsədli şəkildə artırılır: Səbəb nədir? like
  • 16 Avq 17:29  
Digərləri Buğda ehtiyatları məqsədli şəkildə artırılır: Səbəb nədir?

Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını 56% artırıb. Eksper

arrow Ətraflı
Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edilib like
  • 16 Avq 17:13  
Digərləri Sabirabadda 2 tondan çox çətənə bitkisi məhv edilib

Sabirabadda yabanı halda bitən 2 tondan çox çətənə bitkisi məhv edilib.

arrow Ətraflı
Alyaskada Rusiya Trampa məğlub oldu like
  • 16 Avq 17:00  
Siyasət Alyaskada Rusiya Trampa məğlub oldu

Donald Trampla Vladimir Putinin 2025-ci il avqustun 15-də Ankoricdə baş tutan

arrow Ətraflı
Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub like
  • 16 Avq 16:56  
Digərləri Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

arrow Ətraflı
"Bu, bu tərbiyəsizliyin ən axırıncı nöqtəsidir" like
  • 16 Avq 16:39  
Şou-biznes "Bu, bu tərbiyəsizliyin ən axırıncı nöqtəsidir"

Aktrisa Məlahət Abbasova bəzi müğənniləri tənqid edib.

arrow Ətraflı