Eyvandan evə girib boşanmaq istəyən arvadını öldürdü
Kriminal 03 Avq 2025 09:17:00 44 0
Trabzonda Ali Eren S. arvadının evinə eyvandan girərək onu güllələyərək öldürüb. O, şağırışa gələn mühafizəçini də yaralayıb və hadisə yerindən motosikletlə qaçıb.
Bu xəbəri də oxu: 103,3 kq narkotik aşkarlandı
Son.az-ın xarici mediaya istinadla xəbərinə görə, qəddar hadisə iyulun 31-də saat 22:40-də şəhərin Beşikdüzü məhəlləsində, Adacık məhəlləsində baş verib. 30 yaşlı Ali Eren S. eyvandan həyat yoldaşı Sinem S.nin birinci mərtəbədəki evinə daxil olub. Boşanma prosesində olduğu bildirilən cütlük arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə zamanı Ali Eren S. silahla Sinem S.yə atəş açıb. Silah səslərini eşidən qonşuların xəbər verməsindən sonar ünvana mühafizəçi, polis və tibb işçiləri göndərilib. Silahlı şübhəli şəxs mühafizəçiləri də güllələyib və motosikletlə hadisə yerindən qaçıb. Mühafizəçilərdən biri güllənin qasıq nahiyəsinə dəyməsi nəticəsində yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra Sinem S. və gözətçi təcili yardımla xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq Sinem S. orada dünyasını dəyişib. Əməliyyat olunan mühafizəçinin səhhətinin yaxşı olduğu bildirilir.
Bu arada Sinem S.nin bir müddətdir ərindən ölüm təhdidləri aldığı öyrənilib.
Trabzonun Beşikdüzü rayonunda eyvandan evə girərək boşanmaqda olan arvadı Sinem Somunu güllələyən və qaçmadan əvvəl məhəllə gözətçisini yaralayan Ali Eren Somun Sinopda çöldə düşərgə çadırı qurmaq istəyərkən yaxalanıb.
Qadın Cinayətlərini Durduracağıq Platformasının məlumatlarına görə, iyun ayında 15 qadın öldürülüb, 26 qadın isə şübhəli şəraitdə ölü tapılıb.
Bu ilin 6 ayında 136 qadın müxtəlif bəhanələrlə, 145 qadın isə şübhəli şəraitdə qətlə yetirilib. /Lent.az
Xalq artisti Aygün Kazımova görüntüsü ilə diqqət çəkib.

İqlim dəyişikliyi nəticəsində istilik dalğalarının artması təkcə fiz

Müğənni Şəbnəm Tovuzlu bahalı avtomobili ilə görüntülənib.

Sağlam həyat tərzini araşdıran beynəlxalq tədqiqatçılar uzunömürlül�

Yüksək qan təzyiqi (hipertoniya) dünyada milyonlarla insanın həyatını ri

Tanınmış azərbyacanlı aparıcının istirahət məkanlarının birindən

Qədim inanclarda güzgü sirli və mistik əşya sayılıb. Onun təkcə insan�

Bəzi meyvələr insanın yuxularına təsir göstərə bilər.

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Süni intellektin insanlıq üçün ölümcül təhlükəyə çevrilməsi ehtima

Dünyada insanların öz bədənlərinə qarşı etdiyi ən böyük haqsızlıq

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi

İspaniyalı həkim Xose Manuel Felises axşam saatlarında qarpız və yemiş y
