17 dəqiqə ürəyi dayanan qadın həyata qayıtdı "Özümə yuxarıdan baxırdım"
Dünya 29 İyl 2025 10:51:00 72 0
17 dəqiqəlik ürək dayanmasından sonra həyata qayıdan qadın başına gələnləri danışıb.
Bu xəbəri də oxu: Dünyanın ilk hidrogen yaxtası satışa çıxarılacaq
Son.az xəbər verir ki, Böyük Britaniyada yaşayan Viktoriya Tomas idman zalında keçirdiyi qəfil ürək tutmasından sonra 17 dəqiqəlik klinik ölüm vəziyyətində qalıb və yaşadıqlarını açıqlayıb.
Hadisə 35 yaşlı Tomas idman zalında məşq etdiyi zaman baş verib. Halı pisləşən qadın yerə yıxılıb və qısa müddət sonra ürəyi dayanıb. Onun sözlərinə görə əvvəlcə ətrafda tam qaranlıq olub, daha sonra isə öz bədənini yuxarıdan izlədiyini hiss edib.
"Zalın tavanı yaxınlığında süzürdüm və yerdəki bədənimə yuxarıdan baxırdım. İlk düşündüyüm isə ayaqlarımın çox kök görsənməsi oldu," - deyə Tomas xatırlayıb. O bildirib ki, ümumiyyətlə sakitlik və ya işıq görməyib, əksinə, qeyri-adi bir müşahidə hissi yaşayıb.
Həkimlərin 17 dəqiqəlik reanimasiya cəhdlərindən sonra qadının ürəyi yenidən döyünməyə başlayıb. Tomas üç gün komada qalıb, daha sonra isə ona kardio stimulyator taxılıb.
Daha sonra ona nadir rast gəlinən genetik xəstəlik - Danon sindromu diaqnozu qoyulub. Bu xəstəlik ürək çatışmazlığına səbəb olur və qadının ürəyi o qədər zəif işləyib ki, həkimlər ona yalnız bir neçə aylıq ömür proqnozlaşdırıblar. 2021-ci ildə o, riskli hamiləlik səbəbilə qeysəriyyə əməliyyatı ilə ana olub.
Bərdə şəhər Bülbül adına I saylı Uşaq İncəsənət məktəbinin müə

Prezident İlham Əliyevin sərəncamı ilə "Elektroenergetika haqqında&q

Rusiyanın Krasnoyarsk vilayətində mobil internet məhdudlaşdırılıb.

Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırıl

Müğənni Afət Fərmanqızı özünə yeni dəbdəbəli villa alıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyul tarixindən etibarən valyuta məzən

Xalq artisti, mərhum aktyor Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 ya�

Dənizdə çimərkən batan şəxsin çeyiti Xaçmaz ərazisində tapılıb.

"Elgizlə izlə" verilişində Əməkdar artist Nüşabə Ələsgərli

İyulun son günləri bürcün dörd əlaməti üçün xoşbəxtliyin bir hissə

Avtomobil alarkən ailə üzvlərinin təhlükəsizliyi, rahatlığı və günd�
