"O, hələ gün işığı görməyib"
Şou-biznes 20 İyl 2025 07:07:00 60 0
"Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir atalar sözü var. Sən onu efirə çıxarırsan. Kim də başa düşməsə, 53 ildir sənətdəyəm, biz bilirik ki, sən onu necə ələ salırsan. Bunu reytinq xətrinə edirsən. O insanlar necə niskinləşiblər ki, onlar üçün heç bir müqəddəs hiss yoxdur. Körpə uşaqdan tutmuş yaşlı, əlil adama qədər efirə çıxarırlar. Aparıcının efirə çıxardığı həmin adama qeyri-ixtayari gülürlər. Amma aparıcı insanların beyninə yeridir ki, həmin şəxsə gün ağlayıb, "adam" edəcək. Ona necə gün ağlaya bilərsən ki, o hələ gün işığı görməyib".
Bu xəbəri də oxu: Evliliyindən peşman olan
Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Müsavat"a verdiyi müsahibəsində deyib. Sənətçi aparıcıları, efirdə müzakirə olunan ailə-məişət mövzularını qınayıb:
"Bu cəmiyyətlə mübarizə aparmaqdan qorxmuram. Mübarizə üsulum da dilimdir. Kimsə də deməsin ki, öz işinlə məşğul ol. Mənim işim vətənim, xalqımdır. Özüm üçün nəsə istəmirəm. Mən balalarım, nəvələrim, gələcəyimiz üçün danışıram. Yaxşı deyək ki, mən keçmiş fikirli adamam. Bəs, sən kimsən? Bunlar heç kimin acığına gəlməsin. Bunlara cavab tapmaq istəyirəm.
Bəzi müğənniləri efirə buraxanlara da lənət olsun. O vaxt da bu, var idi. Amma onlar yaxalarından şüar asmırdılar. Onların mədəniyyəti, tərbiyəsi, qabilliyəti olub, kimin yanında necə danışmağı biliblər. Amma indi ağızlarına gələni danışırlar. Gəlirlər, nələri var danışırlar. Qadın danışır, kişi ağlayır ki, gəl, gedək evimizə. Ay bala, iki həftədir bu adam evdə yoxdur. 5 uşağı da qoyub gedib, haraya gəlsin?
İstifadə olunmuş avtomobil alarkən diqqətli olun - geriyə çəkilən odome

Uğur və şöhrətə baxmayaraq, məşhurlar da şəxsi həyatlarında səhvlə

Bir çox insan üçün dərman udmaq əsl problemə çevrilə bilər. Bu səbəb

Yeni elmi araşdırma sübut edib ki, yetkin yaşda fiziki aktivliyə başlamaq

İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq

Alimlər xəbərdarlıq edir ki, dünyada milyonlarla insanda rast gəlinən Hel

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Prezident İlham Əliyevin sosial şəbəkələrdəki rəsmi səhifələrində I

Bakıda daha bir ərazidə söküntü işlərinə başlanılacaq.

Müğənni Gülay Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Peruda keçirilən bir dəfn mərasimi gözlənilməz görüntülərlə gündəm

Türkiyəli aktrisa Hande Erçel tanınmış modelyer Eli Saabın oğlu Selio Sa
