Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Kriminal 15 İyl 2025 22:56:00 84 0
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Vaqif Poeziya Günləri keçirilib.
Bu xəbəri də oxu: İlham Əsgərova ağır itki
Son.az Trend-ə istinadən xəbər verir ki, iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan başlayan ənənəvi poeziya bayramı Nizami yurdunda da ədəbiyyatsevərlərin böyük marağına səbəb olub. İlk olaraq görkəmli ədib Mir Cəlal Paşayevin ev-muzeyində poeziya saatı təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda - Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlayıb. "Çalışırıq ki, hər il bu poeziya bayramı fərqli formatda olsun. Bu il keçirilən Vaqif Poeziya Günlərinin də ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacağına inanırıq", - deyə İlqar Fəhmi bildirib.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə or

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birini

"Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. H�

Müğənni Elnarə Xəlilova toylara və şou-proqramlara getmir.

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm m

Yekaterinburqda Azərbaycan diasporasının rəhbərinin oğlu Mütvəli Şıxli

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan g

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığ�

Mədətov Fərhad SOCAR Azəriqaz İB-də Baş Direktorun maliyyə üzrə müavi

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayən

Bakıda yaşayış evlərinə yaxın ərazidə yanğın baş verib.

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanın dövlət qu

Müğənni Mənzurə Musayevanın ailə qurmağa hazırlaşdığı iddia olunub.
