İnternetdə tanış olduğu kişi 60 yaşlı qadının 430 min manatını əlindən aldı "Amerikada qüllə tikdirirəm, pul lazımdır..."
Dünya 10 İyl 2025 23:30:00 87 0
Böyük Britaniyalı yaşlı qadın internetdə tanış olduğu şəxsə aşiq olduqdan sonra evini və zinət əşyalarını girov qoyaraq ümumilikdə 200 min funt sterlinq - təxminən 430 min manat itirib.
Bu xəbəri də oxu: Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər
Son.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.
Elizabeth adlı qadın sosial şəbəkədə "David West" adlı kişi ilə tanış olub. David ona Texasda (ABŞ) yaşadığını və neft sahəsində çalışdığını deyib. Özünü boşanmış, bir qızı və iti olan bir ata kimi təqdim edən David Elizabethlə tez-tez yazışmağa başlayıb, sevgisini etiraf edib və guya maddi problemlərini onunla bölüşüb.
Qadın dəfələrlə ona pul göndərib. David guya yeni bir qüllə inşa etdiyini, qızına kömək etdiyini və dəfn mərasimi üçün pula ehtiyacı olduğunu bildirərək ondan dəstək istəyib. 2022-ci ilin dekabrında Elizabeth mərhum anasının zinət əşyalarını lombarda qoyaraq ona maliyyə köməyi edib. 2024-cü ilin avqustunda isə az qala evini də itirəcəkmiş.
Nəhayət, qadının oğulları vəziyyətdən xəbər tutaraq "David"in əslində Nigeriyadan olan bir fırıldaqçı olduğunu üzə çıxarıblar. Onun istifadə etdiyi ad və şəkillər oğurlanmış, əslində amerikalı bir həkimin kimliyi istismar olunmuşdu. Paylaşdığı bütün "ailə problemləri" və hekayələr isə tamamilə uydurma imiş.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda "Pol

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala d�

Yüksək temperaturda cinsi münasibət ürək-damar sisteminə ciddi risklər y

Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Albaniyanın Baş naziri Edi Rama İtaliyanın Baş naziri Corciya Meloni ilə b

Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın n

İranın paytaxtı Tehranın Çitgar məhəlləsində yerləşən çoxmərtəbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Rostov sakini körpənin meyitini bir ildən çox soyuducuda saxlayıb.

Avstraliyada 36 yaşlı kişi təyyarədə ABŞ vətəndaşı olan qadına qarş

Uzunmüddətli münasibətlərdə xəyanətin əsas səbəbi açıqlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Ə

Biz ukraynalı uşaqlarının reabilitasiyası məqsədilə Azərbaycana gətiri

Düyü ilə bəzi yeməklərin bir yerdə qəbulu mədə-bağırsaq problemləri
