DTX əməliyyat keçirdi müdaxilənin qarşısı alındı
Kriminal 08 İyl 2025 12:48:00 67 0
Videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirilib.
Bu xəbəri də oxu: Cadenza orkestri mövsümün yekun konsertinə hazırlaşır
Son.az DTX-yə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.
Aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.
Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.
Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib.
Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilmiş, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.
Vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları tövsiyə edilir.
Foto model və müğənni Müjgan Ayxan maraqlı etiraf edib.

ABŞ-ın Şimali Karolina ştatında kiçik mühərrikli təyyarə qəzaya uğr

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl Samuxda t

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və iş

Cəlilabad bələdiyyəsinin üzvü Bəhmən Ağayev vəfat edib.

Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mə

Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşma

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza

Ağstafada bədbəxt hadisə baş verib.

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ü

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfind�

Son illərdə ölkədə çatdırılma xidmətlərinə tələbatın artması ilə

Müğənni İbrahim Borçalı açıqlaması ilə diqqət çəkib.

Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sark
