Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
Kriminal 08 İyl 2025 11:20:00 82 0
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günləri keçiriləcək. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək.
Bu xəbəri də oxu: İki Dövlət Xidməti birgə əməliyyat keçirdi FOTO
Mədəniyyət Nazirliyindən Son.az-a bildirilib ki, tədbir iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürəcək.
İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.
Poeziya Günləri çərçivəsində Qazax, Gəncə, Ağdam və Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Natəvanın evi, Qarabağ oteli və Mehmandarovlar malikanəsində poeziya saatları, kitab sərgiləri və təqdimatları, musiqili kompozisiyalar, elmi konfrans, teatr tamaşaları və müxtəlif ədəbi-bədii proqramlar təşkil ediləcək.
Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılmış və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı.
Bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Rusl

Donald Tramp BRİKS üzvü olan ölkələrinin ABŞ-nin maraqlarına qarşı �

Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbi

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerji

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası Parisdə, UNESCO-nun m

Şəxsən anti-dövlət qruplaşması tərəfindən ələ keçirilən erməni ki

"Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin

Türkiyənin ən uzun ömürlü seriallarından olan "Arka sokaklar"a

Son.az təcili Yay tətilinə çıxmalı olan bürcləri təqdim edir:

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Sosial şəbəkələrdə yayılan görüntü marağa səbəb olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Abşeron dairəvi dəmir yolu ma

"Anamın müsahibəsini eşitdim və tüklərim biz-biz oldu. Bu, böyük m
