Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub FOTO


Kriminal 04 İyl 2025 23:01:00 81 0

Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub  FOTO

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Simli Kvartetinin "Kamera musiqisi axşamı" adlı özünəməxsus konserti baş tutub. Proqramda D.Şostakoviç 8 saylı simli kvartet c-moll (op.110) və F.Əlizadə "Muğamsayağı" əsərləri səslənib.

Qeyd edək ki, kvartetin davamlı olaraq bir-birinin ardınca maraqlı proqram təqdim etməsi  diqqətəlayiqdir.  İfa edilən hər bir əsərdə səslərin ahəngi, musiqi materialının dinləyiciyə dolğun şəkildə çatdırılması və kvartetin hər bir üzvünün özünəxas səhnə mədəniyyəti ifaçıların peşəkarlığının göstəricisidir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin muğam ilə müasir musiqi intonasiyalarının vəhdət şəklində təqdim olunduğu simli kvartet, zərb alətləri və sintezator (maqnit lenti) üçün yazılmış "Muğamsayağı" (1993) əsərinin səslənməsi isə dinləyicilərə böyük zövq bəxş etdi. Əsərdə Şərq-Qərb sintezi çox maraqlı tərzdə öz əksini tapıb. Musiqidəki dərin fəlsəfi psixoloji aləm, təzadlılıq, improvizə xüsusiyyətləri  və eyni zamanda meditativ səslənmə ifaçılar tərəfindən yüksək ustalıqla ifa olundu.  Kvartet üzvlərinin əsər boyu müxtəlif bölmələrdə zərb alətlərində (tam-tam və üçbucaq) də ifa etməsi akustik və səhnə görünüşü baxımından olduqca maraqlı və təqdirəlayiq idi.Bu kvartetə eyni zamanda yeni səs imkanları qazandırdı. Fəlsəfi məna kəsb edən bu əsər violonçelin solosu ilə başlayaraq, həmin solo intonasiya ilə tamamlandı.Ümumilikdə kvartetin ifası muğam üçlüyünə xas ahəngli səslənməni yaratdı.Sonda qonaq qismində iştirak edən bəstəkar F.Əlizadə kvartetin hər bir üzvünü təbrik edərək, onlara öz təşəkkürünü bildirdi. Beləliklə maraqlı "Kamera musiqisi axşamı" böyük anşlaqla yekunlaşdı. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Simli Kvarteti 1998-ci ildə yaradılıb. epertuarı Azərbaycan və xarici bəstəkarların klassik və çağdaş əsərləri ilə zəngindir. Simli kvartetin tərkibi Respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı (I violin), Xəyalə Abdullayeva (II violin), Azərbaycan Respublikasının Əməkdar artistləri Vaxtanq İmanov (viola) və Aleksey Miltıx (violonçel) kimi dəyərli ifaçılardan ibarətdir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Namiq Həsənov vəzifəsindən azad edildi like
  • 04 İyl 22:51  
Digərləri Namiq Həsənov vəzifəsindən azad edildi

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov vəzifə

arrow Ətraflı
“Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı like
  • 04 İyl 22:11  
Digərləri “Fironun lənəti”ndən ümid doğdu: Xərçəngin kökünü kəsən maddə görün harada tapıldı

Misirdə qədim fironların məzarını açan alimlərin müəmmalı şəkildə

arrow Ətraflı
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar like
  • 04 İyl 21:55  
Digərləri Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar

Bir çox insanlar erkən yaşlarında bütün məqsədlərinə çatmaya bilər v

arrow Ətraflı
İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti like
  • 04 İyl 21:41  
Siyasət İlham Əliyevin Xankəndində Ərdoğan və Şahbaz Şəriflə səmimi söhbəti

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT

arrow Ətraflı
Almaxanımın əkizləri doğuldu like
  • 04 İyl 21:31  
Şou-biznes Almaxanımın əkizləri doğuldu

Müğənni Almaxanım Əhmədi ana olub.

arrow Ətraflı
İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib like
  • 04 İyl 21:01  
Siyasət İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkila

arrow Ətraflı
Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb like
  • 04 İyl 21:00  
Siyasət Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azə

arrow Ətraflı
Hamamda edilən bu səhv ölümə aparır like
  • 04 İyl 20:55  
Digərləri Hamamda edilən bu səhv ölümə aparır

Yay aylarında edilən bu xəta ölümə səbəb ola bilər.

arrow Ətraflı
Ermənistan Rusiyaya nota verdi like
  • 04 İyl 20:40  
Digərləri Ermənistan Rusiyaya nota verdi

Ermənistan Rusiyaya nota verib.

arrow Ətraflı
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir  TƏHLİL like
  • 04 İyl 20:23  
Siyasət Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir TƏHLİL

Çin xarici işlər naziri Van İnin Avropa İttifaqı ölkələrinə səfəri d

arrow Ətraflı
Pezeşkianın Azərbaycana səfəri başa çatıb like
  • 04 İyl 19:54  
Siyasət Pezeşkianın Azərbaycana səfəri başa çatıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respu

arrow Ətraflı