İlon Maskın uğursuz "Starship" testləri Meksikanı qəzəbləndirdi
Dünya 29 İyn 2025 17:54:00 68 0
"SpaceX"in Texas ştatının cənubunda keçirdiyi uğursuz raket testləri Meksikanın rəsmi etirazına səbəb olub. Meksika prezidenti Klaudia Şeynbaum bildirib ki, testlər nəticəsində yaranan ətraf mühit çirklənməsi ilə bağlı iddialar araşdırılır və hüquqi addımların atılması nəzərdən keçirilir.
Bu xəbəri də oxu: Kadırovun oğlu toyunda 27,7 milyon dollarlıq saat taxdı
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Şeynbaum mətbuat konfransında çıxışı zamanı qeyd edib: "Burada həqiqi bir çirklənmədən bəhs edirik. Bu hadisələr sadəcə texniki nasazlıq deyil, həm də regional ekoloji təhlükəsizlik kontekstində qiymətləndirilməlidir".
Etirazlara səbəb olan hadisə ötən həftə "SpaceX"in Starbase adlı obyektində baş verən partlayışdır. Statik alışma testi öncəsi hazırlıqlar zamanı "Starship" raketlərindən biri böyük gurultu ilə partlayıb. Hadisədə insan itkisi olmasa da, ətrafa yayılan qalıqlar səbəbilə bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və əhali üçün müvəqqəti uzaq durma çağırışı edilib.
Starbase mərkəzi ABŞ-ın Texas ştatının cənub ucunda, Meksika sərhədinə çox yaxın yerləşir. Ən yaxın Meksika yaşayış məntəqəsi olan Matamoros qəsəbəsi cəmi 13 kilometr məsafədədir. Bu yaxınlıq baş verən qəzaların beynəlxalq xarakter almasına səbəb olur.
Son partlayış "Starship" proqramında yaşanan texniki problemlərin nümunəsidir. Son altı ayda bir neçə oxşar hadisə baş verib. Yanvar ayında keçirilən yeddinci test uçuşu zamanı raketdəki təzyiq sistemində sızma və yanğın baş verib, nəticədə Karib dənizi sahillərinə qədər qalıqlar yayılıb. Martda mühərrikdəki nasazlıq səbəbilə uçuş yarımçıq dayandırılıb və raket havada partlayıb. May ayında isə atmosferə qayıdış zamanı sızma nəticəsində nəzarət itirilib və raket havada parçalanıb.
Bu hadisələrdən sonra ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) təhlükəsizlik səbəbilə Florida ştatının bəzi bölgələrində müvəqqəti uçuş qadağası tətbiq edib.
Meksika tərəfində isə ətraf mühitlə bağlı narahatlıqlar güclənməkdədir. Tamaulipas əyalətinə yaxın bölgədə raket sınaqlarının təsiri ilə bağlı rəsmi araşdırma başladılıb. Yerli ekoloji təşkilatlar "Starship" testlərinin təbii həyatı təhlükə altına atdığını, xüsusilə Texasın Boka Çiça sahillərindəki həssas ekosistemə mənfi təsir göstərdiyini bildirirlər.
Meksikalı rəsmilər bildirirlər ki, sərhədin o tayından qaynaqlanan bu təsirlər yalnız ABŞ-ın daxili məsələsi sayıla bilməz. Prezident Şeynbaum da bu mövqeni bölüşərək qeyd edib: "Hansı hüquqi addımların atıla biləcəyini qiymətləndiririk. Məsələ təkcə qalıqlarla bağlı deyil, uzunmüddətli təsirlər də nəzərə alınmalıdır".
"Məni çarmıxa çəksələr, yandırsalar belə, yalan danışmaram"

Yeni bir araşdırmaya görə, Günəş sisteminə təsadüfi şəkildə yaxınl

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuni

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin piyada əleyhinə minaların is

Goranboyda mikroavtobusla minik avtomobili toqquşub, azı beş nəfər yaralan�

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi b

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə p

"İsrailin hücumlarından sonra saatlarla dağıntılar altında qaldım&q

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununu

1980-ci illərdə Birləşmiş Millətlər Təşkilatının Kosmos Müqaviləsin

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasi

Osmanlı imperiyasında yalnız xalq inancı kimi qəbul edilən "hortlak&q
