Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı Yerinə gələcək şəxs bəllidir


Dünya 27 İyn 2025 00:12:00 83 0

Kreml Kadırovun vəzifədən getməsinə razılaşdı  Yerinə gələcək şəxs bəllidir

Çeçenistana rəhbərlik Moqomed Daudova tapşırılır; Ramzan Kadırov rusiyalı həkimlərə niyə etibar etmir?

Çeçenistanın siyasi dairələrində respublika rəhbəri Ramzan Kadırovun uzunmüddətli müalicə üçün xaricə getməsi ehtimalı ilə bağlı iddialar yayılıb. 

Son.az xəbər verir ki, Kadırov artıq  Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırıb. İlkin məlumata görə o, Fars körfəzi ölkələrinin - BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və ya Bəhreynin elit klinikalarından birində müalicə almağı planlaşdırır. Konkret yerin adı hələ açıqlanmayıb, lakin mənbələrə görə,  Kadırovun bu seçimi bu regionda uzunmüddətli biznes əlaqələri ilə bağlıdır.

Bildirilir ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən  Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir.  Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirlər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə  getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" deyə,  Çeçenistan administrasiyaya yaxın mənbə qeyd edir. Kadırovun səhhətindəki problemlər barədə  iddialar  yeni deyil, amma rəsmilər tərəfindən indiyədək də  təsdiqlənməyib.

Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər hələ də spekulyasiya mövzusu olaraq qalır.  Bildirilir ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir.   Təxminən bir il əvvəl "Novaya qazeta"  Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.

Kadırovun körfəz ölkələri ilə əlaqələri təkcə tibbi aspektlərlə məhdudlaşmır. Hələ 2018-ci ildə BBC qeyd edirdi ki, Kadırovla şəxsi razılaşmalar sayəsində Çeçenistan ərəb ölkələrindən, o cümlədən BƏƏ və Səudiyyə Ərəbistanından fəal şəkildə investisiya cəlb edir. Bu əlaqələr, məsələn, BƏƏ-nin "Cleveland Clinic Abu Dhabi" və ya "Burjeel Medical City" kimi qabaqcıl klinikaları ilə tanınan region ölkələrindən birində müalicənin təşkilini asanlaşdıra bilər.

Yada salaq ki, may ayında  Kadırov tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra   bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" deyib.  

Rəsmi Qroznı yayılan yeni iddialara reaksiya verməyib,  federal hakimiyyət orqanları da Kadırovun mümkün gedişini şərh etmir. Kadırova sadiqliyi ilə tanınan Daudovun təyinatı çox güman ki, sabitliyi təmin etmək məqsədi daşıyır, lakin müşahidəçilərin fikrincə, Çeçenistan rəhbərliyində hər hansı dəyişiklik həmişə pərdəarxası intriqalarla doludur.

Məsələn, Kadırovun yerinə ən şanslı namizədlər sırasında  Apti Alaudinovun da adı çəkilirdi.   O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında "Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə" həlak olublar.  (musavat.com)

Bəzi xiyarlar niyə acı dadır? like
  • 26 İyn 23:48  
Digərləri Bəzi xiyarlar niyə acı dadır?

Xiyarın bəzən acı dad verməsi bir çox insanı narahat edir. Mütəxəssisl

arrow Ətraflı
Bu səhvi edən sürücülər işdən qovulur like
  • 26 İyn 23:36  
Digərləri Bu səhvi edən sürücülər işdən qovulur

Bakı şəhərində son zamanlar taksi sürücüləri ilə sərnişinlər arası

arrow Ətraflı
Bakıda güclü partlayış like
  • 26 İyn 23:26  
Digərləri Bakıda güclü partlayış

Bakıda zavodda partlayış baş verib

arrow Ətraflı
Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq like
  • 26 İyn 23:24  
Digərləri Uşağın boyunu, göz rəngini əvvəldən seçmək mümkün olacaq

ABŞ-də yerləşən şirkət süni mayalanma yolu ilə əldə edilən embrionla

arrow Ətraflı
Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı" like
  • 26 İyn 23:12  
Digərləri Toyuna görə Venesiyanın mərkəzini "bağlatdırdı"

ABŞ-nin milyarder iş adamı Ceff Bezosun Venesiyada keçirdiyi toy tədbiri ş

arrow Ətraflı
Kimlərə yumurta yemək olmaz? like
  • 26 İyn 23:00  
Digərləri Kimlərə yumurta yemək olmaz?

Yumurta çox faydalı qida olsa da, bəzi insanlar üçün sağlamlıq baxımın

arrow Ətraflı
Yeni pandemiyanın astanasındayıq  İki ölümcül virus aşkar edildi like
  • 26 İyn 22:36  
Dünya Yeni pandemiyanın astanasındayıq İki ölümcül virus aşkar edildi

Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıb

arrow Ətraflı
"Qadınlar kişilərin başının ətini yeyir" like
  • 26 İyn 22:24  
Şou-biznes "Qadınlar kişilərin başının ətini yeyir"

"Evimin, otaqlarımın hər yerinə kamera qoymuşam. İnsan güvəndə dey

arrow Ətraflı
Tokayev: Bəzi siyasətçilər çıxışlarını yazmaq üçün ChatGPTdən istifadə edir like
  • 26 İyn 22:12  
Dünya Tokayev: Bəzi siyasətçilər çıxışlarını yazmaq üçün ChatGPTdən istifadə edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəzi siyasi liderlərin ictimai ç

arrow Ətraflı
Alim Qasımov onu tənqid edənlərə cavab verdi like
  • 26 İyn 22:00  
Şou-biznes Alim Qasımov onu tənqid edənlərə cavab verdi

Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cava

arrow Ətraflı
Zaxarova Azərbaycana təşəkkür etdi like
  • 26 İyn 21:48  
Digərləri Zaxarova Azərbaycana təşəkkür etdi

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan

arrow Ətraflı
Lukaşenkodan Paşinyanın gəlməməsinə reaksiya like
  • 26 İyn 21:36  
Dünya Lukaşenkodan Paşinyanın gəlməməsinə reaksiya

Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının Minskd

arrow Ətraflı
"Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik" like
  • 26 İyn 21:35  
Dünya "Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik"

"Əgər Xamenei bizim nişangahımızda olsaydı, onu aradan götürərdik&

arrow Ətraflı
Taksilər niyə bahalaşdı? like
  • 26 İyn 21:24  
Digərləri Taksilər niyə bahalaşdı?

Bölgələrdə taksi qiymətləri artıb. 

arrow Ətraflı