Yeni COVID19 ştammı sürətlə yayılır
Dünya 13 İyn 2025 22:55:00 82 0
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yeni COVID-19 variantı olan NB.1.8.1-in sürətlə yayılmağa başladığını açıqlayıb.
Bu xəbəri də oxu: İsrail əməliyyata niyə bu adı verib? Detallar
Qurumun son proqnozuna görə bu variant yaxın günlərdə ABŞ-də qeydə alınan yoluxmaların 37 faizini təşkil edə bilər. Ştammın yüksək yoluxduruculuğa malik olduğu bildirilir, lakin ilkin məlumatlara əsasən, xəstəliyin ağır keçməsi halları çox deyil.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, NB.1.8.1 digər variantlara bənzər simptomlarla müşayiət olunur - boğaz ağrısı, öskürək, qızdırma və ümumi halsızlıq. Hava limanlarında aparılan analizlər və beynəlxalq reyslərdən gələn nümunələrdə bu variantın artdığı qeyd olunur.
Peyvəndlərin effektivliyinə dair araşdırmalar davam edir. Rəsmilər xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və zəif immunitetli şəxsləri diqqətli olmağa çağırırlar.
CDC əhaliyə maskadan istifadə, əllərin tez-tez yuyulması və xəstəlik əlamətləri olduqda test olunmaq kimi tədbirlərə əməl etməyi tövsiyə edir. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı da NB.1.8.1-i yaxından izlədiyini bildirib.
İsmayıl Son.az
Orta Şərqdə artan geosiyasi gərginlik fonunda İran və İsrail arasında eh

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın

"İsrailin həyata keçirdiyi hərbi əməliyyatların arxasında əslində

Xəbər verdiyimiz kimi, Hindistandan Londona yola düşən "Air India"

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "2025 -

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pəzeşkiyan və İsrai

"Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça

Xəbər verdiyimiz kimi, ötən gün "Air İndia" aviaşirkətinə mə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

İsrail ordusu İranın Fordo bölgəsindəki nüvə obyekti yaxınlığına zə

İsrail İranın Həmədan şəhərindəki Nozhe aviabazasını yenidən vurub.

Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi
