Qara qutu tapıldı: 265 nəfərin ölümünə səbəb olan qəzanın sirri açılır
Dünya 13 İyn 2025 16:10:00 78 0
Hindistanın qərbində yerləşən Əhmədabad şəhəri yaxınlığında baş verən dəhşətli təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir."Air India" aviaşirkətinə məxsus AI171 reysi ilə uçan sərnişin təyyarəsi sıx yaşayış məntəqəsinə düşərək 265 nəfərin ölümünə səbəb olub. Qəzadan yalnız bir nəfər sağ qalıb.
Bu xəbəri də oxu: Almaniyadan İsrailə dəstək MESAJI
Son.az xəbər verir ki, yerli medianın məlumatına görə, qəzanın səbəblərini araşdırmaq üçün önəmli addım atılıb. Təyyarənin Flight Data Recorder (FDR) - yəni uçuş məlumatlarını qeydə alan qara qutusu tapılıb və aidiyyəti orqanlara təhvil verilib. Təyyarənin ön hissəsində yerləşən ikinci qara qutunun - Cockpit Voice Recorder-in axtarışları isə davam etdirilir.
Hindistanın rəhbərliyi altında qəzanın araşdırılması üçün beynəlxalq mütəxəssislərin də cəlb olunduğu çoxmillətli istintaq qrupu formalaşdırılıb. Araşdırmalara Böyük Britaniyanın Hava Qəzaları üzrə İstintaq Bürosu, ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və təyyarənin istehsalçısı Boeing şirkətinin mütəxəssisləri qoşulub.
Qəzada həyatını itirənlər arasında Britaniya vətəndaşlarının da olduğu təsdiqləndiyi üçün beynəlxalq iştirak zəruri sayılıb.
Xilasedicilər işləməyə davam edir.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi mü

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə İsrailin zərbələrinə reaksi

2025-ci ilin may ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə

2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manat, t

İsrail Hərbi Hava Qüvvələri İrandan İsrail istiqamətində atılan bir ne

İsrail dünyadakı bütün səfirliklərini bağlayır.

İyunun 13-də Dövlət Turizm Agentliyinin və "Şahdağ" Turizm Mər

İsrailin İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə endirdiyi

Azərbaycanda turizm sektorunda yaradılan əlavə dəyər 7 il ərzində 30% ar

ABŞ Prezidenti Donald Tramp cümə günü sərt bəyanatla çıxış edərək,

Xarici İşlər Nazirliyi tərəfindən diplomatic passport verilən şəxsləri

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava mə

"Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyas

Yay mövsümünün gəlməsi ilə paytaxtda taksilərdə kondisioner problemi ye
