ABŞ polisi canlı yayımda jurnalisti güllələdi VİDEO
Dünya 11 İyn 2025 21:14:00 115 0
ABŞ-nin Los-Anceles şəhərində prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı keçirilən kütləvi etirazları işıqlandıran avstraliyalı televiziya jurnalisti Lauren Tomasi canlı yayım zamanı ayağından vurulub.
Bu xəbəri də oxu: Hindistanda hotelə çırpılan təyyarənin yeni GÖRÜNTÜLƏRİ
Son.az xarici mediaya istinadla xəbər verir ki, hadisə 9News kanalının efirində baş verib. Tomasi reportaj hazırlayarkən arxasında dayanan polis əməkdaşı qəfil odlu silahını qaldıraraq yaxın məsafədən atəş açıb. Hadisə anında operator uzaqlaşmağa çalışsa da, Tomasi ayağından yaralanıb və qışqıraraq yerə çöküb.
Hadisə geniş rezonans doğurub. Avstraliyanın baş naziri Entoni Albanese Tomasi ilə danışdıqdan sonra çıxış edərək hadisəni "dəhşətli" və "qəbuledilməz" adlandırıb. O, jurnalistin açıq-aşkar media nümayəndəsi kimi tanındığını və belə bir insidentin yolverilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, etirazlar cümə günü başlayıb və bazar günü minlərlə insanın iştirakı ilə davam edib. Nümayişçilər magistral yolu bağlayıb, bəzi yerlərdə avtomobillər yandırılıb. Prezident Tramp etirazçılara qarşı sərt mövqe tutaraq şəhərə qubernatorun razılığı olmadan 2000 nəfərlik Milli Qvardiya qüvvəsi göndərib - bu, 1967-ci ildən bəri ilk belə haldır.
Los-Anceles polisinin verdiyi məlumata görə, şənbə və bazar günləri ümumilikdə 39 nəfər etirazlarla bağlı saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Fidan Son.az
Anasını 48 yaşında süd vəzisi xərçəngindən itirən 53 yaşlı Geoff Sw

Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.

"WhatsApp" avtomatik yüklənən foto və videoların keyfiyyətini se

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəb

47 il sonra İsveç adasında tapılan şüşə məktubun sirri açılıb.

Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışm

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlin

Müğənni Ofeliya Şabanova "Rəngarəng" verilişinə gələrək efi

Şans deyilən bir sirr varsa, açarı bu üç bürcdə gizlidir...

Xəbər verdiyimiz kimi, III ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəti

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında n�

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib.

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağa

"OpenAI" mürəkkəb məsələlərin həllinə yönəlmiş və xüsusi

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə ş�
