“ƏşŞarq əlAvsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir


Dünya 09 İyn 2025 14:13:00 78 0

“ƏşŞarq əlAvsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan "əş-Şarq əl-Avsət" qəzetinə müsahibəsində yer alıb.

Cari ilin aprel ayında ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclasının keçirildiyini bildirən səfir, bu iclasın nəticələrinin reallaşdırılması ilə daha çox faydalı əməkdaşlığın gözləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib.

Müsahibədə, həmçinin qeyd olunur ki, son illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, xüsusilə iqtisadiyyat, investisiya, enerji, turizm və mədəniyyət sahələrində əlaqələrdə nəzərəçarpan inkişaf müşahidə olunur. Bildirilir ki, Səudiyyə Ərəbistanının "Aqua Power" şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki ən önəmli investorlardan biridir.

Eyni zamanda, müsahibədə xatırladılır ki, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) əsnasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədilə birgə icra proqramı imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bundan başqa, yazıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb.

Eyni zamanda, müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulanır və Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.

Toyda uşaq bəyin "gözünü çıxartdı"  VİDEO like
  • 09 İyn 13:44  
Digərləri Toyda uşaq bəyin "gözünü çıxartdı" VİDEO

Toyların birindən olan görüntü geniş müzakirələr yaradıb.

arrow Ətraflı
Bu da Coşqun Rəhimovun nəvəsi  FOTO like
  • 09 İyn 13:29  
Şou-biznes Bu da Coşqun Rəhimovun nəvəsi FOTO

Əməkdar artist Coşqun Rəhimov nəvəsinin görüntülərini paylaşıb.

arrow Ətraflı
“BakuBus” avtobusu qəzaya düşdü  meyvələr yola dağıldı like
  • 09 İyn 13:20  
Digərləri “BakuBus” avtobusu qəzaya düşdü meyvələr yola dağıldı

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi

arrow Ətraflı
ƏDV ilə bağlı vacib MƏLUMAT like
  • 09 İyn 13:14  
Digərləri ƏDV ilə bağlı vacib MƏLUMAT

Son zamanlar istehlakçılar tərəfindən onlara kassa çeklərinin təqdim edi

arrow Ətraflı
Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı like
  • 09 İyn 12:44  
Dünya Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı

Polşa müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasının fəaliyyəti ilə

arrow Ətraflı
Bakıda orta əməkhaqqı 9 %dan çox ARTDI like
  • 09 İyn 12:29  
Digərləri Bakıda orta əməkhaqqı 9 %dan çox ARTDI

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nomin

arrow Ətraflı
Nigar Fərhad səssizliyini pozdu: "Sizə bəd xəbəri verim ki..." like
  • 09 İyn 12:16  
Şou-biznes Nigar Fərhad səssizliyini pozdu: "Sizə bəd xəbəri verim ki..."

"Dörd oğlan 14 yaşlı qızın başına oyun açdı, harada idiniz?"

arrow Ətraflı
Paşinyan yeni "müharibə"yə çağırdı like
  • 09 İyn 12:10  
Digərləri Paşinyan yeni "müharibə"yə çağırdı

II Qaregin könüllü olaraq subaylıq andını pozub və övladı var. Bu faktd

arrow Ətraflı
Sabah isti olacaq like
  • 09 İyn 12:05  
Digərləri Sabah isti olacaq

İyunun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bu şəhərdə sakinlərə like
  • 09 İyn 11:44  
Dünya Bu şəhərdə sakinlərə

Əhalisini artırmağa çalışan Almaniyanın Ayzenhüttenştadt şəhəri yeni

arrow Ətraflı
Rusiyada mer SAXLANILDI like
  • 09 İyn 11:42  
Digərləri Rusiyada mer SAXLANILDI

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

arrow Ətraflı
İyun ayı bu BÜRCLƏRƏ çox çətin keçəcək like
  • 09 İyn 11:39  
Digərləri İyun ayı bu BÜRCLƏRƏ çox çətin keçəcək

İyun ayının bürcün bu əlamətləri üçün son dərəcə vacib sınaqlar a

arrow Ətraflı
Makronun arvadı yenə gündəmdə  Dövlət səfərinə belə gəldi...  FOTO like
  • 09 İyn 11:25  
Dünya Makronun arvadı yenə gündəmdə Dövlət səfərinə belə gəldi... FOTO

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Monakoya döv

arrow Ətraflı
Beyons səhnədə BİABIR OLDU: şalvarı əynindən düşdü like
  • 09 İyn 11:11  
Şou-biznes Beyons səhnədə BİABIR OLDU: şalvarı əynindən düşdü

Londonda konserti zamanı dünya ulduzu Beyons gözlənilməz biabırçılıqla

arrow Ətraflı
Azərbaycanda marketlərdə zərərli makaronlar satılıb? like
  • 09 İyn 10:58  
Digərləri Azərbaycanda marketlərdə zərərli makaronlar satılıb?

AQTA "Barilla" əmtəə nişanlı "İntegrale Vollkorn Penne Riga

arrow Ətraflı