Aybəniz Haşımovanın qardaşına hökm oxundu
Şou-biznes 29 May 2025 16:25:00 69 0
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Xalq artisti Əməkdar artisti polisə verdi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara "müalicəvi masaj" yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.
O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.
Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan ana məhkəmədə təsirli ifadə verib: "Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf".
Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: "Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim".
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış

Türkiyəli aktrisa Elçin Sanqu haqqında yayılan səhhətinə dair iddialar s

Universitetlərə qəbul imtahanı ərəfəsində sosial şəbəkələrdə aktiv

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Embarcadero meydan�

Türkiyəli modelyer Gülşah Saraçoğlu yeni görüntüsü ilə diqqət çəki

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatının lideri Məhəmm�

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə ver

Ötən ilin fevral ayından itkin düşən 6 yaşlı qızın valideyni tərəfin

Xalq artisti Əli Nur Əməkdar artist Füzuli Hüseynovu polisə verib.

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilə

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May - Müstəqillik Günü

2019-cu ildən "Xəzər" telekanalında yayımlanan "Komedixana&q

Belqradda yaşayan azərbaycanlı qadını maşın vurub.
