13 yaşlı yeniyetmənin təsadüfi kəşfi gündəm oldu
Dünya 21 May 2025 06:35:00 64 0
ABŞ-nin Tennessi ştatında yerləşən Kreyqhed mağara sistemində yerləşən yeraltı su hövzəsi artıq Şimali Amerikanın ən böyük yeraltı gölü kimi tanınıb.
Bu xəbəri də oxu: Pakistanda məktəb avtobusu partladıldı Ölənlər var
Son.az xəbər verir ki, maraqlısı budur ki, bu təbii möcüzə 1905-ci ildə sadə bir oyun zamanı, cəmi 13 yaşlı Ben Sends tərəfindən kəşf edilib.
O dövrdə Suetvoter və Medisonvill şəhərləri arasında yerləşən mağaralarda oynayan Ben tədqiq olunmamış dar bir dəlik aşkar edib. Təxminən velosiped təkəri ölçüsündə və 12 metr uzunluğunda olan bu tuneldən sürünərək keçən yeniyetmə, sonda dizədək su ilə dolu naməlum bir gölə çıxıb.
İllər ərzində aparılan arxeoloji qazıntılar nəticəsində mağara sistemində keramika məmulatları, bəzək əşyaları, ox ucluqları və digər qədim artefaktlar da tapılıb. Mağaradakı ən diqqətçəkən məkanlardan biri isə "Şura otağı" adlandırılan, girişdən təxminən bir kilometr məsafədə yerləşən geniş və səs-küyü əks etdirən təbii zaldır.
Hazırda Kreyqhed mağarası turistlər üçün açıqdır və hər il 150 mindən çox ziyarətçi bu qeyri-adi məkana baş çəkir. Yeraltı gölün səthi hissəsi artıq xəritələşdirilib. 243 metr uzunluğa və 67 metr enə malik olan bu hissə yalnız başlanğıcdır. Su altına enən keçidlər və zallar hələ tam araşdırılmayıb.
Peşəkar dalğıclar bu günədək gölün 5,2 hektardan çox sahəsini tədqiq edə biliblər, lakin gölün sonuna çatmaq hələ mümkün olmayıb. ABŞ hökuməti bu möhtəşəm təbii abidəni milli təbiət irsi kimi tanıyaraq xüsusi mühafizə statusu verib.
Asya Son.az
Sadə bir məşq hərəkəti sayəsində beyin şişi olan şəxsdə nevroloji p

Cəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə

Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək

Texnologiya nəhəngi "Microsoft"un həmtəsisçisi Bill Gates süni i

Günəş kremi dəri sağlamlığını qorumaq və günəşin zərərli UV şüa

Mars səthində onilliklərdir müşahidə edilən və suyun varlığına işar�

Ağ Evdə keçirilən mətbuat brifinqində uşaqlar jurnalistləri əvəz edibl

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb.

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "Louvre Plaza

"İkinci əl avtomobil bazarında durğunluq günü-gündən artır".

Etibarnamə ilə aldığı avtomobil üzrəində həbs olduğu üçün cərimə
