“Nesvij – dünya mədəniyyətinin irsi” – FOTO
Kriminal 20 May 2025 20:03:00 56 0
Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun "Nesvij-dünya mədəniyyətinin irsi" adlı sərgisinin açılışı baş tutdu. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli İncəsənət Muzeyi və "Nesvij" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə keçirilir. 23 planşetin yer aldığı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları, eləcə də videoçarx nümayiş etdirilir.
Bu xəbəri də oxu: Elgün nədən ölüb? Sabiq müstəntiq versiyaları açıqladı
Böyük Litva Knyazlığının zəngin ailəsi olmuş Radzivillərin iqamətgahı kimi xidmət göstərmiş Nesvij qəsrində intibah gözəlliyinin, barokko dinamikasının və klassisizm nizamının mükəmməl vəhdəti izlənilir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş bu möhtəşəm memarlıq abidəsi Belarus, eləcə də Avropa mədəniyyətinin canlı ensiklopediyası hesab edilə bilər. O özündə qəsrlə yanaşı, qəsr istehkamlarını və böyük park ansamblını birləşdirir. Bu gün Nesvij qəsri və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır. Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ünsiyyətə əsaslanan "Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya təşkil olundu. Proqrama saray ziyafətlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, şahzadə ovlarının təşkilinin özəllikləri kimi mövzular, intellektual əyləncə və oyunlar daxildir. Sərgi 15 uyun 2025-ci il tarixinədək davam edəcək.
Aparıcı Sərxan Kərəmoğlu maraqlı açıqlamalar verib.

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Azərbaycanda "Ailə Məcəlləsi"nə edilən dəyişikliyə əsasən

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin

Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmi�

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə də

Rusiyanın "İnsayt Lyudi" prodüser agentliyi bloger Hüseyn Həsəno

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyası

Xalq artisti Röya Ayxan yenidən geyimi ilə diqqət mərkəzinə düşüb.

Azərbaycan Respublikası tərəfindən 1996-1997-ci illərdə buraxılan və ko

Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Hə

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh

Türk musiqisinin sevilən sənətçisi Nazan Öncel keçən həftə qəfil səh

Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.
