Kriminal
2025-11-04 22:28:00
Noyabrın 4-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüş keçirilib.
2025-11-04 18:14:00
Nizami Kino Mərkəzində III CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi keçirilib.
2025-11-04 17:16:00
Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.
2025-11-03 22:20:00
Azərbaycan Kino Akademiyası "Qızıl PƏRİ" peşə mükafatının Seçim Komissiyasının üzvləri 13.10.2025 - 30.10.2025 tarixlərində müsabiqəyə təqdim olunmuş 420 ərizə formasına və onlarla bağlı аudiovizual əsərlərə baxış keçirərək, "Qızıl Pəri" mükafatının nominasiyalarını və nominantları (namizədləri) təqdim olunmuş ərizə formalarına əsasən aşağıdakı qaydada və tərkibdə müəyyənləşdirmişdir.
2025-11-03 22:11:00
Möhtəşəm Azerbaijan Dance Festival çərçivəsində JW Marriott Absheron Baku otelində dünyanın ən yaxşı rəqs cütlüklərinin çıxış etdiyi unikal və parlaq gala-şou - "Night of the Dancing Diamonds" (Rəqs edən brilyantların gecəsi) keçirilib. Gecənin kulminasiya anı Azərbaycanın Xalq artisti, əfsanəvi rəqqasə və xoreoqraf Təranə Muradovanın səhnəyə çıxışı olub. Bu möhtəşəm rəqs axşamı məhz onun yubileyinə həsr olunub. Təranə Muradova öz müəllif quruluşunda müasir bal rəqsi elementlərini milli rəqs üslubu ilə zərif şəkildə birləşdirərək təqdim edib. Bu mədəniyyətlərin və üslubların sintezi səhnəni bir sehrli məkana çevirdi - burada ənənə ilə müasirlik, zərifliklə güc, Şərqlə Qərb qovuşurdu. Tamaşada altıqat dünya çempionu, əməkdar idman ustası Eldar Cəfərov və dünya və Avropa çempionu, xoreoqraf-quruluşçu Denis Taqintsev iştirak ediblər. Sənətkarlar Azərbaycanın Xalq artisti Emin Ağalarovun musiqisi altında ağ-qara geyimdə səhnəyə çıxaraq plastik və ritm harmoniyasını yaratdılar. Tamaşaçılar üçün bu gecə bir sənət kəşfi oldu. Təranə Muradova, uzun illər boyu Azərbaycanı milli və xalq rəqsləri ilə beynəlxalq arenada tanıdan sənətkar, bu dəfə müasir və dinamik rəqs ritmlərində tam yeni bir ampluada səhnəyə çıxdı. Hər bir addımı sənətə olan sevginin səmimi ifadəsinə çevrildi. 60 yaşlı Təranə Muradovanın bu möhtəşəm çıxışı bir daha sübut etdi ki, yaradıcılığın yaşı yoxdur. O, sanki səhnədə uçurdu - yüngül, parlaq, daxili işıqla dolu. Tamaşaçılar onun çıxışını ayaqüstə alqışlarla, güllərlə və səmimi sevgiləri ilə qarşıladılar. Bu, həqiqətən sehrli bir an idi! (videonu mətnin sonunda izləyə bilərsiniz). Festivalın təşkilatçıları - Azərbaycan Rəqs Şurası (AZDC), onun rəhbəri, Azərbaycanın Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova və Smooth & Rhythm Dance Style (SRDS) şirkəti, qurumun təsisçisi və prezidenti Olqa Krasnyanskayanın rəhbərliyi ilə fəaliyyət göstərib. Festival çərçivəsində bir neçə gün ərzində WDC AL World Championships, WDC European Championships, Pro-Am World Cups kimi nüfuzlu beynəlxalq yarışlar keçirilib. Yarışlarda Ballroom, Latin və Smooth kateqoriyalarında solo və cüt rəqqaslar - uşaqlardan və yeniyetmələrdən tutmuş böyüklər, peşəkarlar və Pro-Am iştirakçılarına qədər bütün yaş qrupları çıxış ediblər. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
2025-11-03 20:29:00
YAY Qalereyası gənc rəssam Mouk-un (Əli İsrafilov) "Asta-asta" adlı yeni fərdi sərgisini təqdim edib. Açılışda paralel proqram çərçivəsində yerli rok qrupu "DədəBaba"xüsusi olaraq bu axşam üçün hələ yayımlanmamış albomlarından seçilmiş əsərləri canlı şəkildə ifa edib. Sərgi açılışında sənətin müxtəlif sahələrindən gələn ziyarətçilər, kolleksiyaçılar və sənət həvəskarlar iştirak edib. Sərgi, rəssamın YARAT Müasir İncəsənət Məkanında iki aylıq rezidentura proqramı çərçivəsində yaratdığı ən son əsərlərini təqdim edir. Burada nuar ruhlu personajların yaşadığı, yarı unudulmuş motelə bənzər dünya üzə çıxır. Bu fiqurlar eyni anda həm bir-birinə bağlı, həm də yalqızdılar: hər biri özünəməxsus rituallarını icra edir, təkrarlanan hərəkətlər və vərdiş halına çevrilmiş jestlərlə tənhalığın ritmini yaradır. Biz obyektlər vasitəsilə insanlarla üzləşir, insanlar vasitəsilə isə obyektləri yenidən kəşf edirik. Tanış məkanlarda şəxsi rituallar, arzular və sosial münasibətləri araşdıran bu əsərlər vasitəsilə rəssam zamanı, düşüncəni və mövcudluğu yenidən mənalandırır.
2025-11-03 20:15:00
Azərbaycan paytaxtında ilk dəfə Baku Tango Marathon keçirilib - bu möhtəşəm tədbir dünyadan argentinalı tango sevərlərini bir araya gətirib. Təsirli musiqi, hərəkət və duyğular Dreamland Golf Club-un füsunkar məkanında birləşib. Marafona 10-dan çox ölkədən iştirakçılar qatılıb - onların arasında Azərbaycan, Gürcüstan, Türkiyə, İtaliya, ABŞ və digər ölkələrin rəqqasları yer alıb. Rəqs bayramının ab-havası hələ tədbirdən bir gün öncə - Premium Park Hotel-də keçirilən enerjili pre-party milonga ilə başlayıb. Burada rəqqaslar ilk dəfə parketdə görüşərək böyük tango marafonunun ritmini hiss ediblər. Tədbirin təşkilatçısı, Bakının ilk argentinalı tango məktəbi olan IN Tango-dur. Layihənin məqsədi şəhərin mədəni inkişafını dəstəkləmək, beynəlxalq əlaqələri genişləndirmək və Azərbaycanın adını dünya tango xəritəsində daha da tanıtmaqdır. Üç gün ərzində qonaqlar ehtiras və improvizasiya ilə dolu gündüz və axşam milonqalarda - ənənəvi tango gecələrində iştirak ediblər. Musiqi ab-havasını Türkiyə, Gürcüstan, Argentina və Azərbaycandan gələn tango DJ-ləri yaradıb, hər anı isə türkiyəli fotoqraf Altuğ Güvendiren lentə alıb.
2025-11-03 19:48:00
Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan 20 yaşlı Arzu Xəlilova mübahisə zəminində Azərbaycan əsilli sevgilisi S.M. (27) tərəfindən 75 dəfə bıçaqlanaraq öldürülüb.
2025-11-03 19:21:00
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçirilib.
2025-11-03 19:20:00
Daşkəsən rayonunda 20 yaşlı gənc marketdə iş yoldaşını qətlə yetirib.
2025-11-03 18:41:00
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni layihəyə start verir.
2025-11-03 17:17:00
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Bakıya uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") incəsənət festivalı çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında açıq qapı günləri keçirilib.
2025-11-03 16:07:00
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xidmət, həmçinin, vətən parçasını düşmən işqalından azad etməyin necə ülvi hiss olduğunu təbliq etmək məqsədi ilə Vətən Müharibəsində qazandığı tarixi Zəfərin 5-ci il dönümünə həsr olunmuş "ZƏFƏR - 44" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.
2025-11-03 09:32:00
Nazirliyin məlumatında bildirilir ki, texnologiyanın inkişafı ilə dələduzlar da üsullarını dəyişir
2025-11-03 09:30:00
Əfsanəvi tenor Plasido Dominqonun Bakı konsertinin proqramı açıqlanıb. Noyabrın 14-də Heydər Əliyev Mərkəzində keçiriləcək konsertdə Plasido Dominqo (Placido Domingo, bariton) ilə yanaşı onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov (tenor), Əməkdar artist Afaq Abbasova (soprano), İsveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak, soprano) çıxış edəcək.
2025-11-02 19:38:00
"Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Nə qədər kifayətdir?" adlı inklüziv rəqs tamaşası təqdim olunub.
2025-11-02 19:19:00
Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik görüntülərini yayan 1968-ci il təvəllüdlü Nigar Məmmədovanın (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.
2025-11-02 17:57:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dünya şöhrətli pianoçu Namiq Sultanovun "Səhnədə və Kadrda" adlı yaradıcılıq gecəsi böyük coşqu və alqışlarla keçirildi.
2025-11-02 12:00:00
Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" İncəsənət Festivalı çərçivəsində Zaman Art Gallery-də "Mən Suyam" adlı sərgi açılıb.
2025-11-01 23:58:00
Daş Salnamə Muzeyində "Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy" incəsənət festivalı üçün xüsusi hazırlanan "Suyun sirri" pantomim tamaşası təqdim olunub.
2025-11-01 23:44:00
Bakının mədəni həyatını zənginləşdirən "Art Weekend" festivalı çərçivəsində Daş Salnamə Muzeyində "Baku Steel Art 2025" və "Son dalğa" adlı sərgilər açılıb.
2025-11-01 22:25:00
YARAT Müasir İncəsənət Mərkəzində "Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən "Nəfəs - söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı olub.
2025-11-01 21:37:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) "Mədəniyyət rüzgarı" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində tar və fortepiano ixtisasları üzrə ustad dərsləri keçirilib.
2025-11-01 18:37:00
Bakıda azyaşlı qızının çılpaq videolarını yaymaqda təqsirləndirilən Gülarə Ağayevanın (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
2025-11-01 15:23:00
Rusiyada xüsusi təyinatlı qüvvələr "Giya Sverdlovski" kimi tanınan Uralın əsas "qanuni oğru"su Georgi Akoyevin ofisinə basqın edib.
2025-11-01 12:12:00
Rusiyanın paytaxtı Moskvada motosikletçini öldürən azərbaycanlıların məhkəmə istintaqı başa çatıb.
2025-11-01 11:29:00
Xaçmaz rayonunun Çaykənarı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib.
2025-11-01 10:38:00
"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs saxlanılıb.
2025-11-01 10:05:00
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində "Sənətkarın dostu" layihəsi çərçivəsində görüş keçirilib.
2025-11-01 09:11:00
Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döyüb.
2025-11-01 00:47:00
Heydər Əliyev Mərkəzinin əzəmətli zalı 20-ci yubiley Bakı Caz Festivalının son, xüsusilə də həssas akkordunu keçirdiyi səhnəyə çevrilib.
