Kriminal
2025-10-21 09:07:00
Əməkdar mədəniyyət işçisi, tarzən, Ağdamın "Şur" ansamblının bədii rəhbəri Fərhad Paşayev vəfat edib.
2025-10-21 00:05:00
2024-cü il noyabrın 16-da Bakının Nizami rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət Özbəkistan küçəsi 1-də kafenin qarşısında baş verib.
2025-10-20 21:00:00
31 oktyabr - 2 noyabr tarixlərində Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Bakıda incəsənət festivalı keçiriləcək. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır. Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir. Üç gün ərzində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir. "Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək. Beynəlxalq incəsənət dünyası ilə mənalı dialoqu təşviq edən Art Weekend-in əsas elementi kimi davamlılığın, yenilənmənin və ortaq yaddaşın rəmzi olan su seçilib. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı impulsun metaforası, həm dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir. Bu baxımdan su fəlsəfi, bədii və ekoloji baxımdan Art Weekend konsepsiyasının mərkəzində yer alacaq. Festival günlərində ziyarətçiləri Bakıda sərgilər, təqdimatlar, mühazirələr, ustad dərsləri, musiqi sessiyaları, ekskursiyalar, küçə rəsm layihələri, immersiv küçə teatrının layihələri ilə tanışlıq gözləyir. Festival Bakının müxtəlif incəsənət ocaqlarını - Heydər Əliyev Mərkəzi, İçərişəhər, Müasir İncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan Rəngkarlığı Muzeyi , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, "Nine Senses" İncəsənət Mərkəzi və digər məkanları əhatə edəcək.
2025-10-20 17:55:00
VI. Turizmdə Memarlıq və Mədəni İrs Konqresi çərçivəsində 17 oktyabr saat 19:00-da Çanakkale Barış Korosu və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə iştirakı ilə unudulmaz musiqi axşamı baş tutdu.
2025-10-20 16:53:00
Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsinin açılış tədbirlərinin ardından caz konserti təşkil olunacaq.
2025-10-20 15:58:00
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, professor, kamança ifaçısı Fəxrəddin Dadaşovun 75 illik yubileyi qeyd edilib.
2025-10-20 12:53:00
"CineMastercard" kinoteatrlar şəbəkəsində unikal kinematoqrafik hadisə - Türkiyə-İran ortaq istehsalı olan "Mevlana Mest-i Aşk" tarixi dramının premyerası baş tutur. Filmin rejissoru və ssenari müəllifi rejissor Hassan Fathi, prodüseri isə Mehran Boroumandır.
2025-10-18 13:45:00
Azərbaycanda həbsdə saxlanılan 4 İran vətəndaşı ölkələrinə ekstradisiya olunub.
2025-10-17 21:27:00
Tovuzda qadın bıçaqlanaraq qətlə yetirilib.
2025-10-17 17:25:00
Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.
2025-10-16 20:50:00
"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar".
2025-10-16 17:42:00
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.
2025-10-16 16:57:00
"Sənətin sərhədi yoxdur" adlı Beynəlxalq Akvarel Festivalı Xətai Sənət Mərkəzində açıldı.
2025-10-16 16:43:00
Azərbaycanda ilk dəfə təqdim olunan möhtəşəm premyera!
2025-10-16 16:30:00
Cadenza orkestri 23 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş növbəti konsertini keçirəcək. Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq "Xəyyam Mirzəzadə-90" adlı konsertdə bəstəkarın müxtəlif illərdə yazdığı "Monoloq", "Ohne", "Pianto" və "Memory" əsərləri ifa olunacaq. Konsertin solistləri Aynur Əhədova (violin), Humay Qasımzadə (piano) və Fəridə Məmmədova (soprano) olacaq.
2025-10-16 16:01:00
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan diplomat Ramiz Vəliyevin məhkəmə araşdırması başa çatıb.
2025-10-16 15:20:00
Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.
2025-10-16 14:32:00
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
2025-10-16 14:16:00
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb.
2025-10-16 13:57:00
Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
2025-10-16 11:29:00
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.
2025-10-16 09:41:00
Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.
2025-10-15 22:56:00
Ötən gecə Xırdalan şəhəri ərazisindəki parkda 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Bədirov bıçaqla qətlə yetirilib.
2025-10-15 15:56:00
Azərbaycanın İran ilə sərhədində gizlədilmiş külli miqdarda narkotik aşkarlanıb.
2025-10-15 15:24:00
Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
2025-10-15 10:48:00
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyev 15 oktyabr 2025-ci il tarixində, 78 yaşında vəfat edib.
2025-10-15 10:46:00
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti, görkəmli tarzən Ramiz Quliyev vəfat edib.
2025-10-15 10:06:00
Oktyabrın 14-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.
2025-10-14 22:37:00
Oktyabrın 30-dan noyabrın 2-dək Bakı dünya rəqs mədəniyyətinin mərkəzinə çevriləcək. Azərbaycan paytaxtında Azerbaijan Dance Festival 2025 keçiriləcək. Tədbir Azərbaycan Rəqs İttifaqı (AzDC, prezidenti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova) və Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezidenti - Olqa Krasnyanskaya) tərəfindən təşkil olunur. Rəqs bayramının axşamları JW Marriott Absheron Baku otelində baş tutacaq. "Rəqs Edən Brilyantların Gecəsi" - 31 Oktyabr Bu axşam Azərbaycanın Xalq Artisti və Azərbaycan Rəqs İttifaqının Prezidenti Təranə Muradovanın yubileyinə həsr olunmuş xüsusi bir hadisə olacaq. Gecənin proqramında Təranə xanım milli rəqs elementləri ilə birləşdirilmiş unikal ball rəqsi xoreoqrafiyasını təqdim edəcək. Səhnədə həmçinin dünya şöhrətli iki ball rəqsi əfsanəsinin parlaq şou nömrələri, eləcə də Smooth proqramı üzrə Peşəkarlar arasında Avropa Çempionatı nümayiş olunacaq. Bu axşam incəsənət, zəriflik və ilhamın birləşdiyi unudulmaz bir rəqs bayramı olacaq. 1 Noyabr - Bütün Yaş Kateqoriyaları üzrə Dünya Çempionatları Bu axşam Smooth proqramı üzrə Dünya Çempionatları bütün yaş kateqoriyalarında - uşaqlardan böyüklərə qədər - keçiriləcək. Bununla yanaşı, Avropa və Latın proqramları üzrə açıq beynəlxalq yarışlar da baş tutacaq. Bu gecə idman ruhu, adrenalın və zirvəyə can atmaq arzusu ilə ball rəqslərinin estetikasını və incəliyini birləşdirən möhtəşəm bir sintez olacaq. Qonaqları zərif şam yeməyi, canlı musiqi və fasilələrdə rəqs meydançasına çıxmaq imkanı gözləyir. 2 Noyabr - Beynəlxalq Pro-Am Yarışları Festivalın son günü Pro-Am (Professional-Amateur) formatına həsr olunacaq. Bu yarışlarda peşəkar rəqqaslar öz tələbə və həvəskar partnyorları ilə birgə çıxış edirlər. Bu sadəcə yarış deyil - bu, birlik və ilham fəlsəfəsidir, rəqsi özünüifadə və daxili harmoniya vasitəsinə çevirən insanları bir araya gətirir. Pro-Am dünyasında yaş və hazırlıq səviyyəsi əhəmiyyət daşımır - hər kəs səhnə sənətinin, hərəkət gözəlliyinin və emosional azadlığın dünyasına qədəm qoya bilər. 2 noyabr - rəqs etməyin heç vaxt gec olmadığını sübut edənlər üçün əsl rəqs bayramı olacaq. Canlı Musiqi və İlham Atmosferi Festivalın hər üç axşamı dirijor Boris Myagkovun rəhbərliyi ilə simfonik orkestrin canlı müşayiəti ilə keçiriləcək. Azərbaycan bəstəkarlarının məşhur melodiyaları - vals, ça-ça-ça, tanqo və fokstrot - ball stilində aranjimanlarda səslənərək zəriflik və ilham dolu bir atmosfer yaradacaq. Zövq və Gözəllik Bayramı Qonaqları eksklüziv şam yeməkləri, nəfis mətbəx nümunələri və premium içkilər gözləyir. Burada idman və ali incəsənət bir araya gəlir. "Rəqs Edən Brilyantların Gecəsi" - sadəcə bir rəqs tədbiri deyil, səhnənin gözəllik, güc və ilhamın parlaq təntənəsinə çevrildiyi an olacaq. Biletlər əldə etmək üçün https://iticket.az/events/azerbaijan-dance-festival-2025 İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
