Xəbərlərin siyahısı
2025-10-22 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
2025-10-21 23:50:00
ABŞ və Çin arasında ticarət müharibəsinin yumşalacağına dair xəbərlərdən sonra investorların mənfəət satışına yönəlməsi qızıl bazarında ciddi enişə səbəb olub. Son.az xəbər verir ki, qızılın spot qiyməti 6,3% azalaraq bir unsiya üçün 4 082 dollar təşkil edib. Bu, 2020-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək azalma göstəricisidir.
2025-10-21 23:45:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində "Mədəniyyət rüzgarı" adlı silsilə tədbirlərə başlanılıb. MEMİM-in "Sənətkarın dostu" layihəsi üzrə Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib. Fakültənin dekanı bəstəkar Türkər Qasımzadə çıxış edərək layihənin təşkilinə görə təşəkkürünü bildirib, bu kimi maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb. MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında dövlətimiz tərəfindən sürətlə dirçəldilən Qarabağın mədəni həyatında MEMİM-in də müəyyən qədər payının olmasından məmnunluğunu dilə gətirib, layihənin qonağı Aqil Məlikova dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib. Sonra görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib. Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəstgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb. İnteraktiv formatlı görüşdə İncəsənət fakültəsinin müəllimləri - tarda Bəhruz Zeynalovun, kamançada Fərid Babayevin, nağarada tələbə İlqar Süleymanlının müşayiəti ilə bu fakültədə təhsil alan Xədicə İsmayılova "Mahur-hindi", İsmayıl İsmayılov isə "Rahab" muğamlarını səsləndiriblər. İncəsənət fakültəsinin müəllimlərindən Əməkdar artistlər Səbuhi İbayev, Fehruz Məmmədov (Səxavət) və Ehtiram Hüseynov, həmçinin xanəndə Səbinə Ərəbli bir-birindən maraqlı ifaları ilə tədbirə rəng qatıblar. Sonda Aqil Məlikov auditoriyanı maraqlandıran sualları cavablandırıb. Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi görüş maraqla qarşılanıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
2025-10-21 23:29:00
Qəza nəticəsində 7 yaşlı uşaq həyatını itirdi, atası ağır yaralandı.
2025-10-21 23:19:00
Bu il 3-cü CINEMO Beynəlxalq Mobil Film Festivalı keçiriləcək. Artıq qəbulu başa çatıb və Münsiflər Heyəti filmlərin qiymətləndirilməsinə başlayıb.
2025-10-21 23:12:00
Bakıda son günlər çoxmərtəbəli binalarda qurdların artması sakinləri ciddi narahat edir. Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 37 və 39 ünvanlarında yerləşən binalarda vəziyyət getdikcə pisləşir. Sakinlər bildirirlər ki, uzun müddətdir dezinfeksiya işləri aparılmadığından qurdlar binadan binaya yayılmağa başlayıb və sanitar vəziyyət təhlükə altına düşüb.
2025-10-21 23:00:00
Azərbaycan Dövlət Uşaq Filarmoniyasıda "Gəncliyin Sədası" adlı konsert proqramı baş tutdu. Konsertdə gənc ifaçılar İnci Həsənli (fortepiano), Surə Rüfət (violin), Cəlalə İsmayılzadənin (violonçel) ifasında tanınmış Azərbaycan eləcə də avropa bəstəkarlarının əsərləri səsləndi. Kifayət qədər təcrübə və biliyə malik gənc ifaçılar bir çox ölkələrdə, tanınmış beynəlxalq müsabiqə və konsertlərdə uğurla çıxış ediblər. Bu dəfə isə istedadlı gənclər, eyni zamanda Dövlət Uşaq Filarmoniyasının solistləri olan bu ifaçılar bu dəfə Dövlət Uşaq Filarmoniyasının səhnəsində klassik musiqisevərləri sevindirdi. Proqramda qeyd olunan əsərlərin hər biri virtuoz ifa bacarığı və dərin emosional duyğuları ifadəsini tələb edən mürəkkəb musiqi nümunələri idi. Yaşlarının gənc olmasına baxmayaraq iştirakçılar bu mürəkkəb əsərləri böyük peşəkarlıqla səsləndirərək tamaşaçıların rəğbətini qazandılar. Azərbaycan Dövlət Uşaq Filarmoniyası istedadlı uşaqlara klassik musiqi dünyasında öz bacarıqlarını nümayiş etdirmək və inkişaf etdirmək üçün yeni imkanlar yaratmağa davam edir.
2025-10-21 22:49:00
ABŞ-də diş həkimindən çıxan gənc qadının ağzı anesteziya təsiri səbəbindən avtomobilə mindikdən sonra birdən əyilməyə başlayıb. Güzgüyə baxan qadın qorxuya düşüb, rəfiqəsi həmin anları kamera vasitəsilə qeydə alıb.
2025-10-21 22:35:00
Evdə bişirdiyiniz ət çox sərt olur? Aşpazların da istifadə etdiyi elmə əsaslanan sadə üsulla, yalnız soda (yəni qabartma tozu) sayəsində ətinizi qısa zamanda yumşaq və ləzzətli hala gətirə bilərsiniz.
2025-10-21 22:23:00
Oktyabrın 20-də Xankəndidə "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul edilib.
2025-10-21 21:59:00
Əməkdar artist Mehriban Xanlarova emosional çıxışı ilə diqqət çəkib.
2025-10-21 21:24:00
Xəbər verdiyimiz kimi, Şəkidə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
2025-10-21 21:07:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana dövlət səfərindən görüntülər paylaşılıb.
2025-10-21 21:00:00
Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb.
2025-10-21 20:57:00
Sabiq Baş nazir və xarici işlər naziri Həsən Həsənov APA-ya müsahibə verib.
2025-10-21 20:50:00
Xəbərə video əlavə olunub. ------------ Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 18:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
2025-10-21 20:28:00
ATV-nin sevilən serialı "Aşk ve Gözyaşı" bu həftə kanalın yayım axınında yer almayıb.
2025-10-21 19:54:00
"Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və atası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü".
2025-10-21 19:46:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb.
2025-10-21 19:41:00
Qafqaz Müsəlmanları İdarəsi 2026-cı il Həcc ziyarəti üçün sənədlərin qəbuluna start verib.
2025-10-21 19:29:00
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arif oğlunun oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
2025-10-21 19:12:00
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından çıxarılıb.
2025-10-21 18:55:00
Gümrünün baş memarı Henrix Qasparyan həbs edilib.
2025-10-21 18:43:00
Azərbaycanda toy fotoqrafiyası və videoyazma xidmətlərinin qiymətləri son illərdə geniş diapazonda dəyişir. Xüsusilə Bakı şəhərində bu sahədə həm aşağı büdcəli, həm də premium seqmentə aid çox sayda xidmət təminatçıları var.
2025-10-21 18:21:00
Rusiya-ABŞ sammitinin dəqiq vaxtı hələ müəyyən olunmayıb.
2025-10-21 18:01:00
Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir
2025-10-21 17:47:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.
2025-10-21 17:45:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunan, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən silsilə ustad dərsləri başa çatıb.
2025-10-21 17:43:00
Baş Prokurorluq vətəndaş Lalə Ayvazlının müraciəti ilə bağlı açıqlama yayıb.
2025-10-21 17:40:00
Zaqatalada 41 yaşlı kişi vəhşicəsinə döyülüb.
2025-10-21 17:35:00
Bir neçə gündür 20-ci sahə-Dərnəgül metrostansiyası istiqaməti üzrə hərəkət edən 88 nömrəli marşrut avtobuslarının intervalı 30-40 dəqiqəyə qədər artdığı ilə bağlı şikayətlər yayılır.
2025-10-21 17:30:00
Müğənni Şəbnəm Qəhrəmanova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.
2025-10-21 17:20:00
Kadıköydə 15 yaşlı Mattia Ahmet Minguzzinin bıçaqlanaraq öldürülməsində cinayəti törətməkdə günahlandırılan B.B. və U.B.-nin hər biri 24 il həbsdə qalmasına qərar verilib.
2025-10-21 17:11:00
ASTANA, QAZAXISTAN. Görünənləri tam şəkildə əks etdirmək üçün söz tapmaqda çətinlik çəkdiyin zaman yaşanan inanılmaz emosional sarsıntı hissi... Amma yenə də oxuculara bu böyük sənət əsəri və dünya premyerası olan "İki Xalça" baletinin möhtəşəmliyini çatdırmağa çalışacağam. Bu balet, "Şirvan Xalçası" adlı əfsanə əsasında Mosaic Del Arte tərəfindən hazırlanaraq "Astana Balet" teatrının səhnəsində nümayiş olunub, və bu xalça Qara-Qırmızı rənglərdə Louvre kolleksiyasında saxlanılır, Trend-in müxbiri Astanadan xəbər verir.
2025-10-21 16:53:00
Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövcud sertifikatların doğruluğunu araşdırmaq məqsədilə sosial şəbəkələrdə müzakirələr davam edir.
2025-10-21 16:42:00
Müğənni Zahidə Günəş şəxsi həyatı ilə bağlı uzun illərdən sonra ilk dəfə açıqlama verib.
2025-10-21 16:40:00
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
2025-10-21 16:38:00
Bakı, Gəncə və Sumqayıt Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək.
2025-10-21 16:30:00
Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" istifadəçiləri üçün böyük yenilik hazırlayır.
2025-10-21 16:25:00
Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.
2025-10-21 16:21:00
2021-2025-ci illərdə ABŞ prezidenti olmuş Co Bayden prostat xərçəngi səbəbindən aldığı şüa müalicəsini tamamlayıb.
2025-10-21 16:10:00
Təyyarə havada olarkən salonda anidən alışma baş verib.
2025-10-21 16:02:00
Bakıda yerləşən "İstanbul NS" klinikasının külli miqdarda vergi borcu yaranıb.
2025-10-21 16:01:00
Müğənni Şəbnəm Tovuzlu "Qonaqcanlı" verilişində "YouTube"dan əldə etdiyi gəlirdən danışıb.
2025-10-21 15:54:00
Bu gün saat 23:00-dan etibarən Azadlıq meydanının qarşısındakı yolda hərəkət məhdudlaşdırılacaq.
2025-10-21 15:50:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdirilib.
2025-10-21 15:45:00
Türkiyəli məşhur müğənni Ebru Gündeşin ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
2025-10-21 15:42:00
Türkiyənin sevilən müğənnisi Murat Dalkılıç 12-ci dəfə əməliyyat olunub.
2025-10-21 15:28:00
Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir. Əməliyyatlar zamanı FETÖ istintaqı çərçivəsində ifadələrdə və şəxsiyyətləri qeyd edilən, həbs cəzası və axtarış sənədlərini yekunlaşdıran şəxslər də yaxalanıb.
