Xəbərlərin siyahısı
2025-03-04 17:27:00
Argentina Prezidenti Xavyer Miley Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə çəkdirdiyi bütün şəkilləri sosial media hesabından silib.
2025-03-04 16:57:00
Əməkdar artist Elnarə Abdullayevanın oğlunun müğənni ilə eşq yaşadığı iddia olunub.
2025-03-04 16:56:00
Türkiyənin ilk yerli rəqəmsal platformalarından biri olan BluTV, qlobal əyləncə dünyasının nəhəngi "Warner Bros. Discoveryi" ilə inteqrasiya prosesini tamamlayır.
2025-03-04 16:48:00
Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Son.az şiddətli töhmət elan edilən Fuad Nağıyevin dosyesini təqdim edir: Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil alıb. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. 2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007-2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.
2025-03-04 16:47:00
ABŞ Prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlanması münasibətilə təbrik edib.
2025-03-04 16:43:00
Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
2025-03-04 16:27:00
Əhməd Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
2025-03-04 16:23:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.
2025-03-04 16:20:00
"Başımda ağrılar, gicəllənmələr, ürəyimdə sıxıntılar olurdu"
2025-03-04 16:14:00
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla şərikli bizneslərinin olduğu ilə bağlı məlumatlar yayılıb.
2025-03-04 16:06:00
Serbiya parlamentində iğtişaşlar baş verib.
2025-03-04 16:01:00
Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
2025-03-04 16:00:00
Prezident İlham Əliyev "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
2025-03-04 15:56:00
Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
2025-03-04 15:50:00
İran hökuməti mart ayından etibarən dizel yanacağının qiymətinin artırılması barədə qərar qəbul edib.
2025-03-04 15:49:00
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən növbəti abonement konsertlər keçirilib.
2025-03-04 15:36:00
Səhiyyə Nazirliyi sahibkarlıq subyektlərinə nəzarət tədbirləri ilə bağlı keçirilən yoxlamalar barədə məlumat yayıb.
2025-03-04 15:30:00
Zahidə Günəş maraqlı açıqlama verib.
2025-03-04 15:26:00
Xəbər verdiyimiz kimi, "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov vəzifədən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
2025-03-04 15:20:00
Martın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
2025-03-04 15:16:00
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 5 mart saat 23:59-dək davam edəcək.
2025-03-04 15:15:00
İnnovasiya və sürət lideri "Bakcell" Sumqayıt şəhərində yeni Müştəri Xidmətləri Mərkəzinin açılışını edib. Yeni mərkəz abunəçilərə daha sürətli, rahat və texnoloji xidmətlər təqdim etməklə, fərqli müştəri təcrübəsi vəd edir.
2025-03-04 15:10:00
Ağ Evdə görüş zamanı Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında münaqişə Amerika tərəfindən qəsdən törədilə bilərdi.
2025-03-04 15:09:00
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşları üçün təlimə start veriləcək.
2025-03-04 15:05:00
Yeni bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada böyüklərin yarısından çoxu və uşaqların üçdə biri piylənmədən əziyyət çəkə bilər.
2025-03-04 15:00:00
Ramazan ayının başlaması ilə birlikdə cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biri də "Namaz qılmırsan, oruc tutursan" düşüncəsidir.
2025-03-04 14:58:00
Ötən gün Vətən müharibəsi şəhidi Vahid Ağayevin ata və anası dəm qazından vəfat ediblər.
2025-03-04 14:55:00
Donald Trampın hakimiyyətə gəlməsi və vergi dəyişiklikləri ilə əlaqədar olaraq, ABŞ vətəndaşlarının Britaniya vətəndaşlığı üçün müraciət etmələri rekord səviyyəyə çatıb.
2025-03-04 14:46:00
Vergi ödəyicilərinin əlavə dəyər vergisinin (ƏDV) bir hissəninin geri qaytarılması prosesində daha rahat və şəffaf bir sistemə keçidini təmin etmək məqsədilə 2025-ci ildən Vergi Məcəlləsində bu mexanizmlə bağlı dəyişikliklər edilib.
2025-03-04 14:39:00
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
2025-03-04 14:31:00
Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
2025-03-04 14:24:00
Qazaxıstan ən yaxşı müəllimlərini tələbələrə dərs deməyə göndərməklə Qarabağ Universitetinə dəstək verəcək.
2025-03-04 14:14:00
2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərinin ölkəmizdə və xaricdə təşkil olunacaq ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək davam etdiriləcəkdir.
2025-03-04 14:10:00
Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Ay tutulması olacaq.
2025-03-04 14:03:00
Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat ləğv edilib.
2025-03-04 13:59:00
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib.
2025-03-04 13:52:00
ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara gömrük rüsumun 2 qat artırdı.
2025-03-04 13:45:00
"Loves" saqqızları uşaqlıq xatirələrində öz yerini qoruyan və təkcə bir saqqızdan daha çoxunu təmsil edən bir məhsuldur. Lakin bu şirin xatirələr sevinclə yanaşı, faciəli bir hekayənin də izlərini daşıyır. Bəlkə də çoxumuz heç vaxt bilməmişik, amma bu kağızlarda əks olunan komikslərin arxasında böyük bir sevgi və kədər yatar.
2025-03-04 13:30:00
Rusiyanın NTV kanalında yayımlanan məşhur "Maska" şousunda mərhum Xalq artisti Müslüm Maqomayevin mahnısı səsləndirilib.
2025-03-04 13:24:00
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) yenidən silahlandırılması üçün 800 milyard avro məbləğində plan təklif edib.
2025-03-04 13:18:00
"İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinə etimad göstərməyərək onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək. Çünki səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir".
2025-03-04 13:10:00
Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq gömrük rüsumundan azad edilir.
2025-03-04 13:03:00
Azərbaycan pasportu "Arton Capital" şirkətinin hazırladığı "2025 Pasport İndeksi" siyahısında 55-ci yerdə qərarlaşıb.
2025-03-04 13:00:00
Oruç tutmaq ürək sağlamlığına müsbət təsir göstərir.
2025-03-04 12:58:00
Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Embraer 190" markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
2025-03-04 12:55:00
Yaxın günlərdə İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi baş tutacaq. Bu boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr təbii qaz ötürmək qabiliyyətinə malikdir. Kəmərin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatının tamamilə ödənilməsinə imkan yaradacaq.
2025-03-04 12:48:00
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
2025-03-04 12:43:00
Rusiya Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
2025-03-04 12:37:00
Uğur həmişə hər kəsə lazımdır, lakin çətin dövrlərimizdə onsuz bunu etmək xüsusilə çətindir, ona görə də ulduzların və taleyinin sizin tərəfinizdə olduğunu bilmək çox vacibdir.