Xəbərlərin siyahısı
2025-08-15 21:16:00
ABŞ-li Richard Guilfordun 2014-cü ildə Ford zavodunda itirdiyi cüzdan, 10 il sonra bir usta tərəfindən avtomobil mühərrikində tapılıb. Guilford, pul qabının uzun səyahətini "inanılmaz" adlandıraraq onu evində vitrində saxlayacağını bildirib.
2025-08-15 21:00:00
Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün Alyaskadakı görüşündə danışıqlar aparacaq Amerika nümayəndə heyətinin tərkibini açıqlayıb.
2025-08-15 20:45:00
Evlilikləri ilə bağlı yayılan iddialarından sonra Burak Özçivit və Fahriye Evcen, tətil zamanı çəkilən xoşbəxtlik dolu foto ilə sosial şəbəkələrdə gündəm olublar. Səmimi kadrlar, həm isti havanın zövqünü çıxardıqlarını, həm də yayılan şayiələrə cavab xarakteri daşıdığını göstərib.
2025-08-15 20:32:00
Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım daşıyan helikopter qəzaya uğrayıb.
2025-08-15 20:24:00
Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.
2025-08-15 20:13:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 15-də davam etdirilib.
2025-08-15 20:05:00
Yeni Zelandiyada təsadüfən tapılan və araşdırma nəticəsində nəsli kəsilmiş huia quşuna aid olduğu müəyyən edilən lələk hərracda rekord qiymətə satılıb.
2025-08-15 19:51:00
Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağında qanadlarının toqquşması nəticəsində reyslərdə gecikmələr yaranıb.
2025-08-15 19:49:00
Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.
2025-08-15 19:31:00
Prof. Dr. Naci Görür, Marmaranın zəlzələ yaratma müddətinin bitdiyini bildirərək, İstanbulda ən az 7,2 maqnitudasında zəlzələ ehtimalının çox yüksək olduğunu söyləyib. Ən böyük dağıntının Avropa tərəfində yaşanacağını vurğulayan Görür, mümkün zəlzələdə dəniz sahilindəki bölgələrdə titrəmə (ivmə) və dağıntı riskinin daha yüksək olacağını qeyd edib.
2025-08-15 19:06:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.
2025-08-15 18:52:00
"Yaşayan Nostradamus" da adlandırılan braziliyalı parapsixoloq Atos Salome daha bir qorxulu proqnoz verib - bu dəfə də yadplanetlilərlə bağlıdır.
2025-08-15 18:38:00
Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.
2025-08-15 18:25:00
Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı videomüsahibəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. O, müsahibədən kəsilmiş görüntülərdə "Paşinyan bizim rayondan - İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı" deyib.
2025-08-15 18:17:00
Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.
2025-08-15 18:12:00
Avqustun 18-dən etibarən Bakı Dəmiryol Vağzalının avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.
2025-08-15 18:00:00
Ağır qəza keçirən cütlük möcüzəvi şəkildə sağ qaldıqdan sonra evlənməyə qərar verib.
2025-08-15 17:55:00
Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda muzdla (əmək müqaviləsiylə) çalışan işçilərin orta aylıq nominal əmək haqqı 1 097 manat 80 qəpik olub.
2025-08-15 17:50:00
ABŞ Prezidenti Donald Tramp, Alyaskada keçiriləcək ABŞ-Rusiya sammiti ərəfəsində Moskvanı iqtisadi nəticələrlə hədələyib.
2025-08-15 17:45:00
Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.
2025-08-12 05:05:00
Journal of Environmental Psychology jurnalında dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng - xüsusilə də onun soyuq tonlu çalarları - insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28% azaldır.
2025-08-12 04:04:00
Yay aylarının sevimli meyvəsi olan qarpız həm dadı, həm də sərinləşdirici təsiri ilə fərqlənir.
2025-08-12 03:03:00
Qidalanma mütəxəssisləri çətənə toxumunun insan sağlamlığı üçün çoxsaylı faydalarını açıqlayıblar. Bitki mənşəli zülal mənbəyi olan çətənə toxumu xüsusilə vegan və vegetarian pəhrizlərində mühüm yer tutur.
2025-08-12 02:02:00
Yenidoğulmuş körpələrin sağlam inkişafı üçün onların tənəffüs sürəti, nəbz və bədən hərarətinin normal diapazonda olması vacibdir. Pediatrların məlumatına görə, ilk aylarda körpənin tənəffüs tezliyi adətən dəqiqədə 40-60 dəfə olur.
2025-08-12 01:01:00
Xəbər veridyimiz kimi, 11 avqustdan 15 avqusta qədər Yer üzündə bir çox insan üçün çətin keçəcək. Alimlərin proqnozlarına görə, bu dövrdə geomaqnit aktivliyi artacaq ki, bu da xüsusilə xroniki xəstəlikləri və sinir sistemi pozğunluğu olanlar üçün sağlamlıq problemləri yarada bilər.
2025-08-12 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
2025-08-11 23:50:00
Pensilvaniyada zavodun partlaması nəticəsində bir nəfər ölüb
2025-08-11 23:45:00
Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu.
2025-08-11 23:30:00
2025-2026-cı tədris ilində III ixtisas qrupu üzrə bir sıra universitetlərdə illik təhsil haqları 100-400 manat aralığında artıb.
2025-08-11 23:15:00
2023-cü il dekabrın 3-də Bakının Nizami rayonu ərazisində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olub ki, hadisə Qara Qarayev prospekti, 49 ünvanında baş verib. Baxışda iştirak edən Süleyman Zamanov Həsən Həsrətovun atasına bıçaqla zərbələr vurduğu yeri göstərib.
2025-08-11 22:45:00
Stellantis Böyük Britaniyada daha 72 min avtomobili geri çağırır.
2025-08-11 22:30:00
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov əcnəbilərin kuryer kimi işə götürülməsini məhdudlaşdıran fərman imzalayıb.
2025-08-11 22:14:00
"Rusiya prezidenti Vladimir Putin qəti şəkildə atəşkəsə hazırlaşmır."
2025-08-11 21:45:00
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
2025-08-11 21:30:00
İsrailin blokadası səbəbilə Qəzzada son 24 saatda biri uşaq olmaqla daha 5 nəfər dünyasını dəyişib.
2025-08-11 21:29:00
Türkiyənin Balıkesir şəhərində 4,4 maqnitudalı zəlzələ baş verib.
2025-08-11 21:14:00
Braziliya hökuməti Azərbaycan və Ermənistanı bu il avqustun 8-də iki ölkə liderləri tərəfindən birgə bəyannamənin imzalanması, habelə Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin xarici işlər nazirləri tərəfindən paraflanması münasibətilə təbrik edib.
2025-08-11 21:03:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 11-də davam etdirilib.
2025-08-11 21:00:00
İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdıqları "Balamın adı" kampaniyası və bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanladıqları məktubdan sonra prezident məsələnin araşdırılması ilə bağlı göstəriş verib.
2025-08-11 20:30:00
Fransa Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.
2025-08-11 20:14:00
Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur.
2025-08-11 20:00:00
Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.
2025-08-11 19:50:00
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəng edib.
2025-08-11 19:45:00
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə avqustun 15-i görüşməyi gözlədiyini təsdiqləyib.
2025-08-11 19:30:00
Rusiyada "WhatsApp" messencerinin bloklanmasına başlanılıb.
2025-08-11 19:20:00
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-08-11 19:15:00
Gazelli Art House Baku böyük məmnuniyyətlə sizi "Məskunlaşmış fərdlər" adlı multidissiplinar qrup sərgisinə dəvət edir. Sərgi, tanınmış amerikalı fenomenoloq və çağdaş fəlsəfənin aparıcı simalarından biri sayılan Edvard S. Keysinin (1ç3ç) fəlsəfi fikirlərinə söykənir.
2025-08-11 19:14:00
İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində "mygov" platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub.
2025-08-11 19:00:00
Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.
